"Makron ermənidən çox erməni olmaq istəyir" ÖZƏL-ŞƏRH

"Makron ermənidən çox erməni olmaq istəyir" ÖZƏL-ŞƏRH

"Bu gün Fransa dövlətində təxminən 500 minə qədər erməni yaşayır. Həqiqətən də Fransada güclü erməni lobbisi və diasporası var. Bunu etiraf etmək lazımdır. Qondarma “erməni soyqırımı” məsələsində Fransa hər zaman fəallığı ilə seçilir. Hətta bir dəfə qondarma “erməni soyqırımını” qəbul etməyən, tanımayan insanlara qarşı cəza tətbiq edilməsi ilə bağlı da bir ideya ortaya atmışdılar. Təbii ki, bu da nəticə etibarilə Türkiyə-Fransa münasibətlərini xeyli mürəkkəbləşdirmişdi". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, bu gün Emmanuel Makron faktiki olaraq ermənidən çox erməni olmaq istəyir. Onun Ermənistana səfəri zamanı davranışı, Ermənistan baş naziri ilə sıx münasibəti gözdən yayındmadı. O eyni zamanda işğalçı ölkədə olarkən diqqətdən yayınmayan cəhət onun cinsiz azlıqlara qarşı çox isti münasibətlərdə olması idi. Bu hətta erməni mətbuatının da gözündən yayınmamışdı. İndi də görürük ki, Makron qondarma “erməni soyqırımı” yaxınlaşdıqca bu məsələdə daha ciddi addımların atılmasından bəhs edir. Ümumiyyətlə hər il bu məsələ ilə bağlı çox ciddi, mühüm tədbirlərin keçirilməsi məsələsini gündəmə gətirmək istəyir. Mənə elə gəlir ki, Makron bu məsələ ilə yox, o işlə məşğul olsun ki, niyə bu gün Avropanın əsas dövlətlərindən biri olan Fransa dövlətində bu cür sosial böhran yaşanmaqdadır.

Artıq “sarı jiletlilər” hərəkatı çox geniş yayılıb. Bu gün əslində Avropanın lokomotivi sayılan dövlətlərdən biri olan Fransada acınacaqlı proseslər getməkdədir. Bu gün Fransada iqtisadi durum, sosial vəziyyət o səviyyəyə enib ki, artıq əhali köhnə qayda ilə yaşamaq istəmir və birbaşa Makronu ittiham edir. Əgər bu gün Fransada prezident seçkiləri keçirilsə idi, Makronun məğlubiyyəti labüd idi. Hətta ehtimallar var ki, hadisələr belə gedərsə, Emmanuel Makrona qarşı impiçment ola bilər. Yəni o vaxtından erkən hakimiyyətdən gedə bilər. O sadəcə olaraq çalışır ki, siyasi kombinasiyalardan istifadə etsin və müəyyən manipulyasiyalara əl atsın. Bunlar hamısı başadüşülən məsələlərdir. Makron ilk növbədə fransalıların ağır sosial problemlərini həll etməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə