"Freedom House” təşkilatın hesabatları siyasi sifariş əsasında hazırlanır" AÇIQLAMA-ÖZƏL
“Freedom House”un son hesabatı demokratiya və insan haqları ad altında ölkələrin daxili işlərinə müdaxilə etməyə cəhd göstərənlərin Azərbaycanı yenidən hədəfə gətirmək cəhdidir. Bu cür hesabatların hansı metodologiya ilə hazırlanması və məlumat mənbələri həmişə “təhlükəsizlik tədbirləri” kimi arxa plana keçirilir”. Bu fikirləri SİA-ya açıqlamasında “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.
O bildirib ki, “Freedom House” təşkilatı özünü “demokratiya carçısı”, “insan haqlarının qoruyucusu” kimi tanıtsa da əslində ölkələrə qərəzli yanaşma nümayiş etdirir.
Baş redaktor söyləyib ki, Ermənistanda baş verən proseslərin, o cümlədən həbsxanada 44 günlük aclıq aksiyasından sonra ölən Mqer Yeqizaryanla bağlı hadisənin hansı səbəbdən “Freedom House”un hesabatında yer almaması suallar doğurur: “Amma cəmi bir günlük aclıq aksiyası keçirən Mehman Hüseynovla bağlı məsələ isə “demokratiyanın boğulması” kimi təqdim edilir. Halbuki Prezident İlham Əliyevin atdığı humanist addımlar göz qabağındadır. Bəs hansı səbəbdən bunlar dilə gətirilmir? Axı Ermənistan necə demokratik dövlət ola bilər ki, bu ölkədə 20 il ərzində despotik rejim mövcud idi. Hansı həmin rejim dinc etiraz aksiyası keçirənləri atəşə tutub qan tökmüşdü. İndi hakimiyyətdə olan qüvvə məhz həmin hadisələrə görə həmin vaxt ölkəyə rəhbərlik etmiş Robert Koçaryanı həbs edib”.
İ.Quliyevin sözlərinə görə, Ermənistandakı son seçkilər də göstərdi ki, vaxtilə beynəlxalq təşkilatların, o cümlədən “Freedom House”un müdafiə etdiyi Ermənistandakı rejimin heç bir sosial bazası yox imiş: “Amma nədənsə, “Freedom House” bu reallıqları görmür. Onlar üçün Ermənistan azad, Azərbaycan isə azad olmayan ölkədir. Ümumilikdə “Freedom House” təşkilatının hesabatları, xüsusilə Azərbaycanla bağlı hissəsi hər zaman qərəzli, qeyri-obyektiv olması ilə diqqəti cəlb edib. Bu, belə bir qənaətə gəlməyə əsas verir ki, təşkilatın hesabatları siyasi sifariş əsasında hazırlanır. Azərbaycanda artıq heç kimə sirr deyil ki, bütün bunlar təzyiq mahiyyəti kəsb edir, qarayaxma kampaniyasıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB