Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ali təhsil ocaqları ilə birgə həyata keçirdiyi ənənəvi tədbirlər davam edir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xəzər Universitetində, ARDNŞ nümayəndələri tərəfindən Universitetin tələbə və müəllim heyəti üçün təqdimat keçirilib. Tədbirdə Şirkətlə Universitet arasında gələcək əməkdaşlıq imkanları haqda müzakirələr aparılıb, ARDNŞ-nin keçirdiyi müsabiqələrdə tələbələrin fəal iştirak etməsinin əhəmiyyəti vurğulanıb.
Xəzər Universitetinin təmsilçiləri ARDNŞ ilə mövcud əməkdaşlıqdan məmnunluq ifadə edərək, gələcəkdə bu əməkdaşlığın genişləndirilməsi üçün bütün imkanların olduğunu bildirib və daha geniş miqyaslı layihələrin həyata keçirilməsinin tələbələr üçün faydalı olacağını qeyd ediblər. Eyni zamanda Universitetin nəzdində fəaliyyət göstərən Karyera Mərkəzinin rəhbərliyi də ARDNŞ ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Tədbir çərçivəsində ARDNŞ-nın "Kadrların hazırlanması" şöbəsinin əməkdaşı Teymur Mahmudov Universitetin müəllim və tələbə kollektivinə Azərbaycan neftinin tarixi, ARDNŞ-nin fəaliyyət istiqamətləri və gələcək planları, habelə şirkətin insan resurslarının idarə olunması strategiyası barədə ətraflı məlumat verib. ARDNŞ-də kadr siyasəti, işə qəbul qaydaları, gənc kadrlara olan tələbat, onların seçilməsi prinsipləri, Şirkətin xarici və ölkədaxili təqaüd proqramları, istedadlı kadrlarla işin təşkili və digər məsələlər haqqında tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB