“İran-Azərbaycan münasibətlərini bəzi ölkələr qısqanclıqla qarşılayır” Səfir

“İran-Azərbaycan münasibətlərini bəzi ölkələr qısqanclıqla qarşılayır” Səfir

"Azərbaycan-İran münasibətləri qızıl dövrünü yaşayır". SİA xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib.

Səfr qeyd edib ki, bəzi ölkələr İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə qısqanclıqla yanaşırlar: "İki ölkə arasında münasibətlər yüksək səviyyədədir və hazırda əlaqalərimiz bütün sahələrdə inkişaf edir. Təsadüfi deyil ki, son 5 ildə iki ölkə prezidenti 12 dəfə görüşüb. İraqlılardan sonra İrana ən çox səfər edən Azərbaycan vətəndaşlarıdır".

Səfir diqqətə çatdırıb ki, İran və Azərbaycanda möhkəm sabitlik hökm sürür: "Bu, çox sevindirici haldır. Amma hər iki ölkədə sabitliyə böyük zəmin yaradılır və zəhmət çəkilir".

Cavad Cahangirzadə onu da əlavə edib ki, 2018-ci ildə iki ölkə arasında iqtisadi əlaqələr 73 faiz artıb: "Ticari əlaqələrin gələcəkdə 5 milyard dollara çatdırılması planlaşdırılır".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə