“Bu gün qloballaşan cəmiyyətdə Azərbaycan gəncinin öz milli-mənəvi dəyərlərini nə vaxtsa itirməsi mümkün olan hal deyil. Çünki Azərbaycan tarixən tolerant və multikultural ölkə kimi tanınıb. Biz bilirik ki, müasir dövrdə bütün dünya ölkələri multikulturalizm modelindən imtina etsələr belə bu gün Azərbaycanın multikultural modeli bir çox dünya dövlətləri üçün nümunə sayıla bilər. Belə bir tarixi köklərə malik olan bir xalqın gənci hansı ki, illər boyu dilindən, dinindən və irqindən asılı olmayaraq müxtəlif insanlarla bir toplumda yaşayıb və onlarla birliklikdə fəaliyyət göstərib”. Bunu SİA-ya YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin üzvü Günel Məmmədova deyib.
Onun sözlərinə görə, bu fəaliyyət çərçivəsində nə bizim milli etnik dəyərlərimiz, nə də digər xalqların etnik dəyərlərinə qarşı heç bir zaman hansısa bir bərabərsizlik yaşanmayıbsa, bu zaman Azərbaycan gənci qloballaşan dünyada da öz milli-mənəvi dəyərlərini heç zaman unuda bilməz: “Xüsusən də onu vurğulamaq istəyirəm ki, qloballaşan dövrdə sosial şəbəkələr biz gənclərin demək olar ki, ayrılmaz hissəsinə çevrilib.
Təəssüflə də olsa, bildirək ki, aramızda dar düşüncəli gənclərə də rast gəlinir. Sosial şəbəkələrdə sakitliyi pozmağa cəhd etmək niyyətində olan şəxslərə təsadüf edirik. Bizim yaşadığımız cəmiyyətdə belə gənclər say baxımından az faiz təşkil edirlər. Təbii ki, Azərbaycan dövlətçiliyini və müstəqilliyini dəstəkləyən gənclərlə müqayisədə onlar nəzərə çarpmır. İnkişaf olan yerdə problemlərin yaşanılması mümkündür. İnanıram ki, yaxın gələcəkdə həmin gənclər əqidə sahibi olaraq, vətənə xidmət edəcəklər. Hər hansı bir gənc ambisiyasına və məqsədinə görə səhv addımlar ata bilər. Amma dövlətə, millətə və vətənə qarşı səhv addım atmaq qeyri-mümkündür. Bu məqsədlə, dövlətə xəyanət məqsədilə atılan addım gəncləri fəlakətə sürükləyə bilər. Bu gün Azərbaycan gəncləri böyük uğurlar qazanıb. Dövlətin dəstəyi ilə qazanılan uğurlar Azərbaycanın nailiyyətləridir. Gənclərimiz inkişaf edib və onların intellektual potensialı yüksəlib. Gənclərimiz Cənab Prezidentin tövsiyəsi əsasında öz bilik və bacarıqlarını genişləndirməli, müasir dövrün tələblərinə uyğun olaraq, formalaşıb, ölkəmizin inkişafına töhfə verməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB