Dövlət Gəlirləri üzrə Komitənin (DGK) sədri David Ananyanla Nikol Paşinyanın görüşü bir çox məqamlara aydınlıq gətirir və əslində Ermənistanda idarəçilik vəziyyətinin nə yerdə olduğundan xəbər verir. Baş nazir Facebook-dakı qeyddə də məlumat verib ki, DGK sədriylə hətta DGK sədrinin səviyyəsindən də aşağıya aid məsələ müzakirə edilib və bu da onu göstərir ki, sədrin həll edəcəyi məsələylə də şəxsən özü məşğul olur.
Təkcə DGK deyil, Ermənistanda baş nazir istisnasız olaraq bütün məsələlərlə yalnız özü məşğul olur. Nikol Paşinyanın, hətta avtomobilin rənginin dəyişdirilməsi məsələsini də onunla dəqiqləşdirirlər, ifadəsi onun tərəfindən yarızarafat işlədilsə də, bu əslində həqiqətiəks etdirir. Bu ifadə sərt bir gerçəklik, Ermənistan idarəçiliyinə xas olan həqiqətdir.
Nikol Paşinyan Serj Sərkisyandan qalanın varisi, faktiki olaraq özündən əvvəlkinin girovudur
Ermənistanda Serj Sərkisyanın dönəmində qüvvədə olan qərar qəbul etmə mexanizmi hələ də eyni şəkildə davam edir. Bu, təkbaşına qərar vermək mexanizmi, cəmi bir adamın iradəsindən asılılıq mexanizmidir. Bir vaxt Sarkisyan tərəfindən tətbiq olunan bu mexanizm indi də qüvvədədir və hazırda qərar verən adam bu gün Nikol Paşinyandır. Baxmayaraq ki, nümayişlərdə müxtəlif islahatlar bəhanəsi ilə pafoslu çıxışlar edilirdi, dəyişən heç nə yoxdur və hər bir sahədə idarəçilik ənənəvi şəkildə davam edir.
İdarəçiliyin əsas prinsiplərindən biri olan qərar qəbul etmənin mərkəzsizləşdirilməsi deyilən proses Ermənistanda praktik olaraq yoxdur. Necə ki, bundan əvvəl də yox idi. Yəni hakimiyyətə gələn Nikol Paşinyan sadəcə, Serj Sərkisyandan qalanın varisinə çevrilib. Daha dəqiq desək, qərar qəbul etmə mexanizmində heç nəyin dəyişməməsi təsdiq edir ki, baş nazir faktiki olaraq özündən əvvəlkinin girovuna çevrilib.
İnsan hətta fiziki baxımdan dəxli olan bütün informasiyalara yiyələnmək, çeşidləmək, bu çeşidləmə nəticəsində seçim etmək və sonda tək özü qərar qəbul etmək iqtidarında deyil. Doğrudur, N.Paşinyanın məqsədi bütün hakimiyyəti tək öz əlində cəmləşdirmək, bir sözlə, hökmranlığı ələ almaq niyyəti bəlli idi. Amma bir nəfər üçün daşınması son dərəcə ağır bir yük hesab olunan belə bir idarəçilik mümkünsüzdür və heç bir müsbət nəticə vəd etmir.
Ermənistanın dövlət idarəçiliyi sistemi son 20 ildə faktiki olaraq deformasiya olunub və hətta tənəzzülə uğrayıb
Serj Sərkisyan və Nikol Paşinyan arasında daha bir umimi cəhət var və bu hər ikisinin tənhalığıdır. Yəni zamanında Sarkisyan da eyni idarəçilik sistemində tək olduğu kimi indiki baş nazır də tənhadır. Serj Sərkisyan kimi Nikol Paşinyanın da çevrəsi belə bir iyerarxiya üzrə qurulub ki, hamı bir neçə subordinasiya müstəvisiylə öz rəhbərindən aşağıdadır. Dövlət idarəçiliyi sistemi bu mənada son 20 ildə faktiki olaraq deformasiya olunub. Hətta bu idarəçilik sistemi tənəzzülə uğradığı da bir reallıqdır ki, bu gün bunu Paşinyan çox gözəl hiss edir.
İşğalçı ölkədə bu gün dövlət başçısının yanında məsləhətçi tənqidçilər, opponentlər rolunda çıxış edə biləcək adamlar yoxdur. Məhz elə buna görə də Nikol Paşinyan praktik olaraq bütün məsələlər üzrə təkbaşına qərar verməli olur. Ola bilsin ilk baxışdan bu onun hakimiyyəti mütləq şəkildə öz əlində cəmləşdirməsi kimi görünə bilər, amma bu idarəçilik görüntüsü heç də normal təəssürat bağışlamır. Eyni zamanda bu idarəçilik anormal şəkil alaraq bir adamın üzərində cəmlənir ki, belə praktika mümkünsüz olduğu səbəbindən heç bir müsbət nəticələrə yol aça bilməz.
Paşinyan təkliyini dərk etmək məcburiyyətindədir və idarəçilik yükünün yalnız öz çiyinlərinə düşdüyünü də elə buna görə səssizcə qəbul edir
Təkbaşına qərar qəbul etmə mexanizmi digər tərəfdən kadr aclığının ifadəsi və təzahürüdür. Əgər Nikol Paşinyan DGK-nin uyğun imkanlara və qərar qəbul etmək bacarığına yiyələnmiş məmurları olduğuna əmin olsaydı, kassa aparatları məsələsini DGK sədriylə müzakirə belə etməzdi. Amma Nikol Paşinyanda belə bir əminlik ola bilməz, çünki bütün dövlət idarəçiliyi sistemi səriştəsiz, təcrübəsiz kadrlarla doludur. Səbəbi başqa yerdə axtarmağa da dəyməz və bu mexanizm Paşinyanın eyni zamanda öz günahı, qüsurlu kadr siyasətinin məntiqi nəticəsidir.
Məsələ burasındadır ki, bu gün Ermənistanda, baş nazirin ətrafında, dövlət idarəçiliyi sistemində inqilaba and içənlərə, inqlab ruhlu insanlara yer var. Daha dəqiq desək, dövlət idarəçiliyi sistemi yalnız inqilab kölələrinin üzünə açıqdır. Ən maraqlısı isə odur ki, inqlabi ruhda olan insanların təcrübə və səriştəsi, daha doğrusu, təcrübəsizliyi və səriştəsizliyi kimsəni maraqlandırmır. Heç kim üçün də sirr deyil ki, bu inqlabi ruhda olan, baş nazir postunu ələ keçirən nümayişçinin inqlab kölələri təcrübəsiz və səriştəsizdirlər. Məhz bu baxımdan Paşinyan təkliyini dərk etmək məcburiyyətindədir və idarəçilik yükünün yalnız öz çiyinlərinə düşdüyünü də elə buna görə də səssizcə qəbul edir. Dərk edir və qəbul edir ki, sözün həqiqi və məcazi mənasında artıq girova cevrilib və öz əməllərinin, səriştəsizliyinin, yanlış siyasətinin girovudur.
Doğrudur, erməni baş nazir onu küçələrdən birbaşa hakimiyyət kreslosuna oturdan inqlabi ruhda olan nümayişçilərə çox güman ki, özünü borclu hesab edir və ola bilsin hətta kadr siyasətində hansısa məcburiyyət, hansısa dilemma qarşısında qalıb. Amma Nikol Paşinyan bu gülünc kadr siyasətinə son qoymaq niyyətinə düşsə, birinci növbədə dövlət idarəçiliyi sistemini hamının, ələlxüsus ixtisaslı və səriştəli kadrların qarşısında açmalıdır. Əks halda Nikol Paşinyan məktəb dərsliklərinə lisenziya, tibbi müəssisələrə dərmanlar, metro vaqonlarının qatarı və dəlləkxanalar haqda qərarları belə təkbaşına qəbul etmək məcburiyyətində qalmaqda davam edəcək. Bu isə nəticə etibarı ilə dövlət idarəçiliyi sistemini aşındırmağın ən qısa yoldur və bunun acı nəticələri nə Nikol Paşinyan, nə hökuməti, nə də bütövlükdə Ermənistan üçün arzuolunmazdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB