Tramp ABŞ-ın Əfqanıstanda sülhə nail olacağını düşünür

Tramp ABŞ-ın Əfqanıstanda sülhə nail olacağını düşünür

“ABŞ Əfqanıstanda Taliban və digər fəal qruplarla konstruktiv danışıqlar aparır, müvəffəqiyyət əldə olunsa, hərbi iştirakımızı azaltmaq niyyətindəyik”. SİA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

“Əfqanıstanda mənim rəhbərliyimlə bir sıra əfqan qrupları, o cümlədən də Talibanla konstruktiv danışıqlar aparılır. Danışıqlar irəlilədikcə, biz qoşunlarımızın varlığını azaltmaq və terrorizmə qarşı mübarizəyə diqqət göstərə bilərik”, - deyə ABŞ prezidenti dilə gətirib.

Tramp bildirib ki, hazırda danışıqlarla bağlı razılaşmaların əldə olunacağını söyləmək mümkün deyil.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə