Eldar Əzizov: “Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılacaq yeni abidənin layihəsi bizi qane etmir”
"Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılacaq yeni abidənin layihəsi bizi qane etmir. Ancaq abidənin yenidən qurulması aktual məsələ kimi gündəlikdədir". Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib.
Onun sözlərinə görə, bir neçə dəfə yeni abidənin layihəsi hazırlansa da ictimaiyyəti və şəhər rəhbərliyini qane etməyib. "Bilirsiniz ki, bu aktual məsələdir. Çalışmalıyıq ki, hər işimizi yekunlaşdıraq. Bütün işlərə birdən başlanılsa işlər yarımçıq qalar", E.Əzizov deyib.
Bildirək ki, Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsinə abidə 1990-cı illərin əvvəllərində ucaldılıb və hazırda yaxşı vəziyyətdə deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB