Mütəllim Rəhimli: "Müxalifətin parçalanmasında İsa Qəmbər və Əli Kərimlinin rolu böyükdür"

Mütəllim Rəhimli: "Müxalifətin parçalanmasında İsa Qəmbər və Əli Kərimlinin rolu böyükdür"

"Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan müxalifətin parçalanmasında İsa Qəmbər və Əli Kərimlinin rolu böyükdür". Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib. Onun sözlərinə görə, bu iki liderin ambisiyaları Azərbaycan müxalifətin birləşməsinə imkan vermir: "İddiaların böyüklüyü ona gətirib çıxarıb ki, hər iki partiyadan da zaman-zaman qopmalar baş verib. Belə baxanda, bu iki partiya arasında ideoloji siyasi ayrı seçkilik yoxdur və bunların proqramları və qarşılarına qoyduqları məqsədləridə bir-birinə uyğundur. Sadəcə olaraq, adları çəkilən liderlərin ambisiyaları fərqlidir. Nə qədər ki, bu iki təşkilatın başında həmin şəxslər dayanacaq onlar arasında heç vaxt ortaq mövqe əldə olunmayacaq. Eləcə də, müxalifət düşərgəsində əməkdaşlığın iflasa uğradığının müşahidə edəcəyik".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə