“Qeyri-müəyyənlik hakimiyyətə yaxşı heç nə vəd etmir” VİQEN AKOPYAN
“Dəqiq iş alqoritmi yoxdur, hətta hökumətin struktur layihəsi belə hazır deyil, hansı ki, onsuz hökumətin proqramını qəbul etmək mümkün deyil”. SİA Sputnik-Armenuya saytına istinadən xəbər verir ki, bu barədə erməni siyasi texnoloqu Viqen Akopyan jurnalistlərlə söhbətində bildirib.
“Ermənistanda “iqtisadi inqilab” real şəkildə baş verməyib”, deyən Viqen Akopyanın sözlərinə görə, hakimiyyətin dəyişməsinin üzərindən 8-9 ay keçməsinə baxmayaraq, real nəticələr görünmür: “Bizneslə məşğul olanlar və cəmiyyət öz məsələlərinin həll olunmasını görmək istəyirlər, lakin iş konsepsiyası yoxdur, hökumətin proqramı mövcud deyil. Hələ də anlaşılan deyil ki, “iqtisadi inqilab” hansı anlamı daşıyır”.
O, qeyd edib ki, bütün bunların həll olunması yerinə, məmurlar öz aralarında diskussiyalar aparır, Nikol Paşinyan isə reytinqi hesabına “yanğınsöndürən” qismində çıxış edir.
“Heç bir alqoritm görünmür, hökumətdə nə proqram, nə də struktur dəyişiklikləri yoxdur. Buna baxmayaraq, belə bir fikirlər səslənirdi ki, indiyə qədər hökumətin proqramını təqdim edə bilərlər, halbuki deyilənlər məntiqdən kənar və effektsizdir”, erməni siyasi texnoloqu bildirib.
“Mənim üçün təəccüblüsü budur ki, hökumətin struktur layihəsi yoxdur, lakin iddia edirlər ki, hökumətin proqramını təqdim edə bilərlər. Bu, qeyri-müəyyənlikdən doğan turbulentlikdir və bir neçə aya nazirliklərin işini dayandıra bilər”, Viqen Akopyan deyib.
O qeyd edib ki, ilk vaxtlarda bir çox məsələlələr səriştəsizliklə əlaqələndirilirdi, ancaq indi, bənzər əlaqələndirmələr yersizdir: “Bundan əlavə, seçkilər vasitəsi ilə əldə edilmiş kart-blanş artıq elə də güclü deyil. Cəmiyyət nə lazımdırsa edib və indi hakimiyyətin işləmək vaxtı çatıb. Belə şəraitdə cəmiyyətdə yaranmış qeyri-müəyyənlik mühiti hakimiyyətlə heç də yaxşı nəticələnməyəcək zarafatI edə bilər”.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB