Valeh Ələsgərov Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək
Milli Məclisin sədr müavini Valeh Ələsgərov 22-ci Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün fevralın 5-də Türkiyənin İstanbul şəhərinə səfərə gedəcək. Parlamentin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Mərmərə qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzi tərəfindən keçiriləcək tədbirdə texnologiyaların inkişafı və insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, qloballaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular müzakirə olunacaq.
Valeh Ələsgərov müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər fevralın 7-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB