Əli Kərimli oğlunu Londonda dəbdəbəli, vulqar, qayğısız həyatla necə təmin edir?" ÖZƏL-MÜNASİBƏT
BAXCP sədrinin müavini, ictimai fəal Niyaməddin Orduxanlının sosial şəbəkədə paylaşdığı müqayisəli foto diqqət mərkəzinə düşüb.

Niyaməddin Orduxanlı SİA-ya açıqlamasına deyib: “Mən Prezident İlham Əliyevin oğlu, hazırda əsgəri xidmətini yerinə yetirən Heydər Əliyevin və radikal müxalif Əli Kərimlinin oğlu, hazırda xaricdə yaşayan Türkel Kərimlinin mövcud fotolarını bu sözlərlə paylaşmışam: “Prezident İlham Əliyevin oğlu Heydər Əliyev və Londonda yaşayan, əsgərlikdən yayınan Əli Kərimlinin oğlu Türkel Kərimli...”.
Bu fotoya baxın, o, Londonun ekzotik içkiləri və nadir nemətləri ilə tanınan barında çəkilib. İngilislər onu amerikan barı (The American Bar) adlandırır. Müxalifət liderinin gəlirlərinin qeyri-şəffaf olmasını bir kənara qoyaq. İşsiz Kərimli bu vaxta qədər öz gəlirlərinin mənbəyini açıb göstərə bilməyib, baxmayaraq ki, bu gəlirlər sayəsində oğlunu nəinki Britaniyanın bahalı universitetində oxuda bilir, üstəlik ona bahalı Londonda dəbdəbəli, olduqca vulqar, qayğısız həyat təmin edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB