Yerevan universitetinin 450 əməkdaşı işini itirəcək ETİRAZ

Yerevan universitetinin 450 əməkdaşı işini itirəcək ETİRAZ

Vaqram Mkrtçyan: “Alimlər inqilabın bəhrəsindən həzz alırlar”

Ermənistan hökumətinin 2018-ci ilin 27 dekabr qərarın görə, Yerevan universitetinin 450 əməkdaşı öz işini itirəcək. SİA xəbər verir ki, bu barədə news.am saytı yazır. “Onların hər biri işdən azad olunmaları ilə bağlı məlumatlandırılıblar”. Bu barədə Facebook səhifəsində sabiq elm və təhsil naziri, universitetin əməkdaşı Vaqram Mkrtçyan yazıb və ironiyalı münasibət bildirib: “Alimlər inqilabın bəhrəsindən həzz alırlar”.

“Ermənistan hökumətinin 27 dekabr 2018-ci ildə verdiyi 1515 nömrəli qərarı nəticəsində Yerevan dövlət universitetinin 450 əməkdaşı işlərini itirəcəklər: onlardan biri mənəm. Dünən bizim hamımız 31 martda tutduğumuz vəzifələrimizdən azad olunacağımız barədə xəbərdarlıq almışıq”, Mkrtçyan qeyd edib.

Bildirilir ki, Yerevan universitetinin əməkdaşları digər ali təhsil müəssisələrin nümayəndələri ilə fevralın 7-də universitetdən başlayaraq, Respublika meydanına və oradan da hökumət binasına qədər etiraz yürüşünə çıxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə