Tramdan nüvə müqaviləsi ilə bağlı yeni TƏKLİF

Tramdan nüvə müqaviləsi ilə bağlı yeni TƏKLİF

ABŞ prezidenti Donald Tramp müqavilənin üzvlüyünü genişləndirərək, Orta və kiçik mənzilli nüvə silahları ilə bağlı yeni müqavilə imzalamaq istədiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o yeni müqaviləyə nüvə silahlarının inkişafında iştirak edən ABŞ və Rusiya ilə yanaşı digər ölkələrin də adlarının əlavə edilməsini açıq şəkildə ifadə edib.

Lakin Tramp müqaviləyə daxil ediləcək ölkələrin konkret adlarını açıqlamayıb.

Bununla yanaşı o qeyd edib ki, razılaşmanı yerinə yetirməyən ölkəyə görə ABŞ öz mövqeyini itirə bilməz.

Onun sözlərinə görə, ABŞ razılaşma ilə bağlı öhdəliklərini yerinə yetirsə də, digər ölkə bunu etmir: “ Buna görə də ABŞ razılaşmanı tək yerinə yetirən ölkə olmaq istəmir”.

Qeyd edək ki, ABŞ fevralın 2-də sözügedən müqaviləni tərk edəcəyini açıqlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə