"Qarabağ münaqişəsinin həllində tezliklə köklü dəyişikliklər ola bilər"

"Qarabağ münaqişəsinin həllində tezliklə köklü dəyişikliklər ola bilər"

Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində tezliklə müsbət köklü dəyişikliklər ola bilər. AZƏRTAC xəbər verir ki, bu fikri “Moskva-Bakı-Ankara geosiyasi oxu” dəyirmi masasında politoloq, Rusiyanın Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Sergey Markov söyləyib.

“Bu məsələ ilə bağlı müsbət yeniliklər var və yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ciddi dönüş gözlənilir. Bu istiqamətdə Azərbaycanın Rusiya və Türkiyə ilə qarşılıqlı fəaliyyəti münaqişənin nizama salınması prosesində daha rəvan, dinc irəliləyişə nail olunmasını təmin edə bilər. Ermənistanın yeni rəhbərliyi də bu istiqamətdə ciddi addımlar atmağa hazırdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə