Fransada Elabe sosioloji xidmətinin sorğusuna əsasən respondentlərin 66% -i ölkədə aparılan “milli müzakirələr”in və dövlət başçısı Emmanuel Makronun son çıxışlarının heç bir şey dəyişməyəcəyinə inanır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, respondentlərin yalnız 33 faizi Fransada dəyişikliyə inandığını dilə gətirib.
Fransanın 10 sakinindən yeddisi (70%) Emmanuel Makron dinamik, 57%-i cəsur, 78%-i avtoritar , 76 %-i isə təkəbbürlü olduğunu hesab edirlər.
Respondentlərin 20% -i dövlət başçısının “fransızları məcbur edə biləcəyini” və 19% -i “xalqı anladığına ” inanır.
Sorğuya əsasən, respondentlərin 48 faizi Emmanuel Makron da müsbət heç nəyin olmadığını açıqlayıblar.
Respondentlərin yarıdan çoxu (51%) Fransa prezidentini "gündəlik reallıqlardan məhrum olması” və 47% isə “zənginlərə qarşı siyasəti”ni tənqid ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB