Əli Kərimlinin dilənçilik strategiyası TƏHLİL

Əli Kərimlinin dilənçilik strategiyası TƏHLİL

Yanvarın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında şahid qismində dindirilənlərin ifadələri bir çox məqamlara aydınlıq gətirir və əslində AXCP sədri Əli Kərimlinin şəxsi məqsədlər, təxribatlar törətmək niyyəti ilə vəsait toplamağa yönələn fəaliyyətini ifşa edir. Əli Kərimlinin, Cəmil Həsənlinin, ABŞ və Rusiyanın ölkəmizdəki səfirliklərinin nümayəndələrinin, eləcə də KİV-lərin nümayəndələrinin iştirak etdiyi məhkəmə iclasında dindirilən şahidlər, Elçin Əsgərbəyli, Cavid Məsimli, Tural Mehdixanov və Cavanşir Abışov AXCP sədrinə vəsait toplanıldığını bildirməsi cəbhəçilərin sədrinin hansı niyyətli olduğunu, vəsait əldə etmək üçün hər vasitəyə əl atdığını, xəsxi maraqlarını hər şeydən üstün tutduğunu, çirkin niyyətli olduğunu və ümumilikdə mahiyyətini təsdiq edir.

Şahidlər toplanılan vəsaitlərin əvvəlcə partiya üzvlərinin ailələrinə yardım edilməsi məqsədilə yığıldığını deyənlərin sonra bu pulların Əli Kərimliyə çatacağını söyləmələrini də gizlətmirlər və bu isə ondan xəbər verir ki, AXCP sədri, eyni zamanda onun pul toplamaq üçün təyin etdiyi nümayəndələri vəsait toplamaq naminə hər cür yalana əl atır, hər dona girirlər. Məsələnin ən diqqət çəkən tərəfi ondan ibarətdir ki, AXCP sədri üçün Rusiyada toplanılan vəsaitlər qanunsuz yollarla ünvanına çatdırılıb. Yəni, nəzarətdən yayınmaq, gizlinliyi təmin etmək niyyəti göz qabağındadır və Ə.Kərimlinin belə gizlin şəkildə vəsaitləri qonşu ölkədən keçirməsi, yaxud keçirtdirməsi heç də qanunvericiliyə uyğun deyil. Daha dəqiq desək, qanuna ziddir və məsuliyyət tədbirləri tələb edir.

Əli Kərimli gizlin şəkildə, qanunsuz yolla pul keçirilməsini təşkil etməklə də qanunları pozur

Ölkələr arası pul köçürülməsi qanunlar çərçivəsində həyata keçirilməlidir və AXCP sədri bunu çox gözəl bilir. Çox gözəl bilir ki, vəsaitlər bir ölkədən digərinə köçürülərkən bu barədə məlumat köçürmə sistemində öz əksini tapır və köçürmə sistemləri bu vəsaitlərin köçürülməsi müqabilində əvvəlcədən müəyyən olunmuş məbləğdə vəsaitin tutulmasını da həyata keçirir. Sual oluna bilər: Ə.Kərimli nəyə görə topladığı pulları əldə etmək üçün bu köçürmə sistemlərindən istifadə etməyib? Bu sistemlərdən istifadə etməkdən boyun qaçırmaq nəyə lazım idi? Onun vəsaitləri gizlin şəkildə əldə etməsində marağının olduğu açıq-aşkar göz qabağındadır. Əldə etmək istədiyi pullardan köçürmələrə görə ödəniş etməkdən boyun qaçırmasından daha çox onu bu vəsaitlər barədə məlumatların qeydə alınmaması maraqlandırdığı yaranan suallardan belə bəlli olur.
Vəsait mənimsənilməsi və məlumatların gizlin saxlanılması üçün həmin vəsaitlərin qanunsuz yollarla keçirilməsini həyata keçirən AXCP sədri məsuliyyət daşıyacağını da əvvəlcədən bilərək bunu reallaşdırması onun qanunlara da necə və dərəcədə əməl etdiyini, daha doğrusu etmədiyini təsdiq edir. Daha dəqiq desək, Ə.Kərimli gizlin şəkildə, qanunsuz yolla pul keçirilməsini təşkil etməklə də qanunları pozur. Özünün təşkilatçılığı ilə keçirilən və kiçik aksiya təəssüratı bağışlayan mitinqlərində qanunlardan ağız dolusu danışan Ə.Kərimli indi necə olur ki, özü bu qanunlara etinasızlıq, saymazlıq edir? Təbii ki, yalnız mənfəət haqda düşünmək Kərimliyə xarakterik xüsusiyyətdir və onu nə qanun maraqlandırır, nə də qanunvericilik.

Toplayacaqlarını guya partiya nümayəndələrinin ailələrinin maddi ehtiyaclarına xərcləyəcəyindən belə istifadə edən partiya sədri etibarını itirəcəyini də düşünmür

Əli Kərimli Rusiya ilə əlaqələrindən özünəməxsus məharətlə istifadə edib və edir. Hüquq mühafizə orqanlarının son araşdırmaları və onun nəticələri, yəni AXCP sədrinin mənimsəmə faktları bunu təsdiq edir. Təsdiq edir ki, Rusiyada olan gizli bağlantılar AXCP sədrinin maddi gözləntilərini ödəmə məqsədi daşıyıb. AXCP sədri külli miqdarda vəsait mənimsəmək üçün hər zaman çalışıb və buna nail olub da. Bu yolda nə qanun haqqında düşünüb, nə də qanunvericilik.
Əslində, toplayacağı pulları guya partiya nümayəndələrinin ailələrinin maddi ehtiyaclarına xərcləyəcəyindən belə istifadə edən partiya sədri etibarını itirəcəyini də düşünməyib. Bir az acıq və kobud şəkildə ifadə etsək vecinə də almayıb. Çünki onu etibarlılıq kimi prinsplər yox, yalnız ələ keçirmək istədiyi pullar maraqlandırıb. Görüntü yaratmaqla, mənimsədiyi pulların çox cüzi hissəsini aksiyalara sərf etməklə, güya ki, bu vəsaitləri təyinatına uyğun şəkildə xərclədiyini göstərməklə həm bu vəsaitləri göndərənləri, həm də əqidədaşlarına bu vəsaitlərdən bir quruş verməməklə bütün yaxın ətrafını aldadıb. Nəticədə bütün pullar yalnız özünə çatıb və öz məqsədləri üçün istifadə olunub. Lakin hüquq mühafizə orqanlarının üzə çıxardığı və ictimaiyyətə bəlli olan mənimsəmə faktları qarşısında AXCP sədri acizdir və oyunların sonuna gəldiyinin də fərqindədir. Fərqindədir ki, ona inanan bir neçə zombiləşmiş tərəfdarlarının da etibarını itirib və bundan sonra hansısa yardıma, nəyə isə ümidi belə qalmayıb.

Əli Kərimli kimi avantürist milli maraqlar, dövlətçilik maraqları, inkişaf deyil, şəxsi maraqlarının təmin edilməsi, maddi vəsaitlər axtarışındadır

Bəzi ölkələrdə ictimaiyyət nümayəndələri, iş adamları, sahibkarlar arasında müxalifətə dəstək verən, maddi ehtiyaclarını qarşılıqsız ödəyən fiziki və hüquqi şəxslər, biznes qurumları, müəssisə və təşkilatlar da var. Məhz bu səbəbdən, yəni, daxili imkanlar hesabına fəaliyyət göstərən müxalifət, ölkə daxili məsələrin həllində maraqlı olur və hərhansı xarici qurumların, təxribat niyyətli qüvvələrin iradəsinə tabe deyillər. Əksinə, daxili resurslar hesabına fəaliyyətini tənzimləyənlərin çirkli oyunlara nə marağı olur, nə də ehtiyacı. Cəmiyyət də müxalifətdən həm sivil, normal, dövlətçilik mənafeyini, vətəndaşların maraqlarını müdafiə etməyi, həm də problemlərin həllində alternativ layihələrlə çixış etməyi tələb edir və gözləntilərini doğruldanlara hər zaman dəstək olmağa hazırdır.
Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir və sadalananların əksini müşahidə edirik. Radikal müxalifətçilərin maraq dairəsində milli maraqlar, dövlətçilik maraqları, inkişafa, nüfuzun artmasına xidmət etmək yoxdur. Əli Kərimli kimi avantürist yalnız şəxsi maraqlarının təmin edilməsi, maddi vəsaitlər axtarışındadır. Məhz buna görə də, yəni anormal fəaliyyətlərinin müqabilində maddi ehtiyaclarını dəstəkləyəcək nə fiziki, nə hüquqi şəxs var, nə də hərhansı müəssisə və təşkilat. Yəni, Azərbaycan üçün, dövlətimiz üçün, bu xalq üçün, vətəndaşların mənafeyi üçün heç bir strategiya müəyyənləşdirməyənlərə cəmiyyət və onun ayrı-ayrı nümayəndələri tərəfindən dəstək yoxdur və ola da bilməz. İctimaiyyəti maraqlandıran, vətəndaşlara fayda verə bilən fəaliyyətləri olmayanların təbii ki, daxili resurslar hesabına maliyyələşməsinə zərrə qədər haqqı olmadığı kimi, ümidi də yoxdur. Bu halda, müxalifət başbiləninin xaricdən maliyyələşməyə meyilli olması da başadüşüləndir və bu adam çarəsiz qalaraq yardım adı ilə, müxtəlif bəhanələrlə xaricdən vəsaitlər ələ keçirmək niyyətinə düşüb.
Radikal müxalifət partiyalarının ölkənin siyasi həyatında heç bir rola malik olmadıqları günümüzün inkarolunmaz reallığıdır və bunların ölkənin inkişafı ilə bağlı hər hansı təşəbbüslə çıxış etdiyinin şahidi olan da yoxdur. Yalnız maddi dəstək müqabilində partiyaçılıq, müxalifətçilik oyunu oynayan radikal oyunbazların Azərbaycan xalqının iradəsi ilə heç bir əlaqəsi ola da bilməz. Məhz AXCP sədri Əli Kərimlinin hazırki fəaliyyəti bu mənada xarakterikdir. Onun kimlərinsə əlinə baxan dilənçilik strategiyası və şəxsi mənafeyi, vəsait əldə etmək naminə satqınçılıq mövqeyi göz qabağındadır. Bu mövqeyi onu xəyanətə də sürükləyir, hər cür çirkin əməllərə də.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə