"Xalq ən doğru yolu seçib və ən doğru siyasətə dəstək verib" ÖZƏL-MÜNASİBƏT

"Xalq ən doğru yolu seçib və ən doğru siyasətə dəstək verib" ÖZƏL-MÜNASİBƏT

“Radikal müxalifət bundan sonra min il də siyasətdə qalsa yenə öyünüləsi, yadda qalası mitinq keçirə bilməyəcək. Çünki sosial baza bərbad gündədir, müxalif "liderlər" onsuz da olmayan nüfuzlarını, etibarlarını 26 il boyunca xərcləyiblər, daim xalqı aldadıblar, sadəcə öz maraqlarını güdüblər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, xalqın onlara heç vaxt inamı olmayıb: "Əli Kərimlinin, Gülçatayın, İsgəndərin mitinqinə kim gələr? Niyə gəlsin? Üzmü qoyublar, admı qoyublar? Bəlkə inammı qoyublar? Sonra da xalqı ittiham edirlər ki, niyə təkik məydanda? Tək olacaqsız da. Axı sizin qaraguruhçuluğun cəmiyyətə, dövlətə, vətəndaşa verə biləsi heç bir fayda yoxdur. Hələ utanmadan mitinqin yenisini təyin ediblər. 19 yanvarda, ardınca Şəhidlər Xiyabanında düzənlədikləri provokasiya nə üçün idi? – Uğursuzluğu kompensasiya eləmək üçün. Ki, fikir başqa səmtə yönəlsin, fiaskoları gözdən qaçsın. Bəli, bizim radikal müxalifətin mahiyyəti budur və Bakı Şəhər İcra Hakimiyyəti tamamən düz qərar verərək belə müxalif üsnsürlərin növbəti provokasiyası üçün şərait yaratmadı.

Ən gözə cavabı XALQ verir. Bu müxalifəti daim baykot etməklə. Xalq öz liderinin yanındadır. Xalqın inamı İlham Əliyevədir, xalq ən doğru yolu seçib, ən doğru siyasətə dəstək verib. Hər zaman da belə olacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə