Müdafiə Nazirliyinin mətbuat xidməti Azərbaycan ordusunda intihar hadisəsinin baş verdiyi haqda məlumat yayıb. Mətbuat xidmətindən SİA-ya verilən məlumatda bildirlir ki, yanvarın 10-da N saylı hərbi hissənin əsgəri Nurlan Telman oğlu Səfərov intihar edib.
Nurlan Səfərov 1992-ci il avqustun 28-də doğulub. 2010-cu il oktyabrın 15-də Binəqədi rayonundan hərbi xidmətə çağırılıb.
Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB