“Ermənistan diletant rəhbərliyi ilə yeni Suriyaya çevrilir” STEPAN DANIELYAN
Ermənistanın siyasi analitiki Stepan Danielyanın Facebook sosial şəbəkəsində ölkə rəhbərliyini aşağılayan fikrini ictimailəşdirib. SİA xəbər verir ki, onun statusunu news.am saytı yayıb.
Məlumata görə, Danielyan Rusiyanın Ermənistana Suriya kimi baxdığını iddia edib və bunu Davosda İlham Əliyev-Nikol Paşinyan arasındakı qeyri-rəsmi görüşündən sonrakı proseslərlə əlaqələndirib. Daha dəqiq desək, Danielyan ABŞ prezidenti Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun qeyri-rəsmi görüşü alqışladığını, Rusiyanın prezidentiVladimir Putinin isə görüşü alqışlamadığına işarə edib. “Artıq, gözlənilməz dönüşlərlə yeni geosiyasi gərginlik başlayır. Ermənistan, özünün qiymətsiz və diletant rəhbərliyi ilə yeni Suriyaya ççevrilməkdədir”, deyə erməni politoloqu yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB