Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı da, bu reallığın tərkib hissəsidir
Azərbaycan sosialyönümlü dövlətdir və Prezident İlham Əliyev müxtəlif çıxışlarında bu barədə dəfələrlə bildirib ki, Azərbaycanda aparılan siyasətin prioritetlərindən biri onun sosial xarakter daşımasıdır. Belə ki, yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşının sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması və hüquqlarının təmin edilməsi dayanır. O cümlədən, bu özünü təkcə fikirlərdə deyil, əməli fəaliyyətdə də göstərir. Əhalinin sosial şəraitinin qorunması sahəsində görülən işlərin məcmusu bu barədə deyilənlərə ən yaxşı misaldır. Təkcə son illərdə həyata keçirilən xeyli sayda sosial layihələr Prezident İlham Əliyevin vətəndaşlara, xüsusilə cəmiyyətin həssas təbəqəsi olan aztəminatlı ailələrə diqqət və qayğısının ən parlaq təzahürüdür.
Son 18 ildə qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb ki, bunun da 3-ü ötən il istifadəyə verilib.
Bu mənada, Azərbaycan cəmiyyətinin həssas təbəqəsini təşkil edən qaçqınlar və məcburi köçkünlər hər zaman Prezident İlham Əliyevin qayğısını yüksək səviyyədə hiss ediblər və bu gün də belədir. Son 18 ildə qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb ki, bunun da 3-ü ötən il istifadəyə verilib.
Ötən il isə 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib ki, bu da son illər ərzində rekord göstəricidir. Qeyd edilənlərlə yanaşı, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib.
2018-ci ilin dekabr ayının 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin də açılışı olub. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina, o cümlədən səkkizmərtəbəli səkkiz, 15 mərtəbəli dörd bina var. Layihənin icrası zamanı Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən 21 saylı məktəbə əlavə olaraq dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib.
Evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı artıq 300 minə çatır ki, bu da 55 min ailə deməkdir!
Dekabrın 24-də isə, açılışı olan Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi də qeyd edilənlərin təsdiqidir. Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan yeddimərtəbəli yaşayış binası inşa olunub. Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb.
Bu siyasət 2017-ci ildə də davamlı xarakter alıb. Belə ki, həmin ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksinin təməli qoyuldu. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edildi. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi başa çatdı.
Statistik rəqəmlərdən də görünən reallıq budur ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı artıq 300 minə çatır ki, bu da 55 min ailə deməkdir!
Lakin bu uğurlu sosial siyasət qeyd edilənlərlə də başa çatmır. Belə ki, 300 min qaçqın və məcburi köçkün üçün ümumilikdə 102 müasir qəsəbə, 3,5 milyon kvadratmetr yaşayış sahəsi salınıb ki, hər bir qaçqın və məcburi köçkün dövlətin onlara yaratdığı yüksək keyfiyyətli şəraitdən məmnunluqlarını bildirirlər.
Məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.
Bu arada, digər statistic rəqəmlərə müraciət edərkən, onu da qeyd etmək yerinə düşərdi ki, ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manatdan artıq vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 2 min 74 məcburi köçkün sahibkara 44,3 milyon manat güzəştli kredit verilib. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı - əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.
O cümlədən, Beyləqan rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış kompleksi inşa edilir. 146 evdən ibarət olacaq qəsəbənin inşası üçün 30 hektar torpaq sahəsi ayrılıb. Mənzillərin 12-si birotaqlı, 73-ü ikiotaqlı, 54-ü üçotaqlı, 7-si dördotaqlıdır. Ərazidə bundan əlavə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati bina da tikilir. Qəsəbədəki evlərin hərbirinin sanitar qovşağı və 12 sot həyətyanı sahəsi olacaq. Qəsəbədə infrastruktur işləri də həyatakeçirilir. Qeyd edilən bu gerçəkliklər isə, həqiqətən də qaçqın və məcburi köçkünlərə dövlət qayğısının kifayət qədər yüksək olduğunu və Azərbaycanın bu səpkidə nümunəvi bir dövlət kimi çıxış etdiyini əyani təsdiqləyir. Əlbəttə ki, bütün uğurlar, bilavasitə Azərbaycan Prezidenti cənab İlham Əliyevin istiqamətləndirdiyi məqsədyönlü sosial siyasətinin qarşıdakı illərdə daha nəhəng layihələrə imza atacağına stimul verir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB