“Ermənistan baş naziri Nikol Paşinyan Moskvaya ona görə səfər edir ki, Rusiya Paşinyandan hesabat istəyəcək ki, Azərbaycan Prezidenti ilə hansı müzakirələr aparıb, söhbətlər edib. Bu birmənalıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti o addımı atmadı: “Amma Paşinyanın Davosdakı qeyri-rəsmi görüşü özünün sosial şəbəkəsində yerləşdirməsi və yayması görünür ki, bu adam bir dövlət başçısı kimi çox səviyyəsizdir. Çünki heç bir dövlət başçısı görüşlərini (rəsmi və yaxud qeyri-rəsmi) sosial şəbəkədə yaymır. Üçüncüsü, Paşinyan Davosdan gələndən sonra orada olan danışıqların ruhuna uyğun olmayan bir bəyanatla çıxış etdi ki, Ermənistanın xarici siyasətində hər hansı bir dəyişikliyə uğrayacağını gözləmirik. Bundan başqa Rusiyanın da Azərbaycanda öz maraqları var.
Azərbaycan Prezidenti orada elan etdi ki, Azərbaycanın hələlik KTMT-yə daxil olmaqla bağlı hər hansı bir fikri yoxdur. Yəni bütün bunların fonunda yəqin ki, Moskva tərəfindən Paşinyana tapşırıqlar veriləcək. Əgər Paşinyan ölkəsinə qayıtdıqdan sonra onun danışığında Azərbaycanla bağlı müsbət bir dəyişiklik olacaqsa, deməli Rusiya Qarabağ məsələsinin həllində maraqlıdır. Yox əgər yenə əvvəlki kimi köhnə bayatıları oxuyacaqlarsa, deməli Rusiya ona tapşıracaq ki, hələlik Qarabağ məsələsində Azərbaycanla danışıqları uzat. Mən bunu belə görürəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB