Cümşüd Nuriyev: "Müsavat partiyasından ayrılan dörd nəfərin ABŞ səfirliyinə dəvət edilməsi biabırçılıqdır" - MÖVQE

Cümşüd Nuriyev: "Müsavat partiyasından ayrılan dörd nəfərin ABŞ səfirliyinə dəvət edilməsi biabırçılıqdır" - MÖVQE

"Metyu Brayzanın Azərbaycana səfir təyin edilməsi iki dövlət arasında olan münasibətlərin inkişafına müsbət təsir edə biləcəyinə inanmıram". Politoloq Cümşüd Nuriyev SİA-ya açıqlamasında bildirib ki, ABŞ Azərbaycana təzyiq göstərmək üçün bu günə qədər səfir təyinatını uzadıb. Çünki, ABŞ yalnız öz dövlət maraqlarını gözləyən bir dövlətdir. Politoloqun fikrincə, Metyu Brayzanın Azərbaycana səfir təyin edilməsi ABŞ-ın Qafqazda olan maraqlarını həyata keçirmək üçündür və bu kontekstdə çalışacaq ki, hələlik Azərbaycanla isti münasibətdə olsun: "ABŞ-ın dəyişəcəyi tərz o qədər də inandırıcı deyil. Çünki, 19 illik ABŞ-Azərbaycan münasibətləri göstərdi ki, ABŞ Azərbaycana qarşı münasibətlərdə yumuşaq deyil. İstər Dağlıq Qarabağa ayrıca yardım ayrılmasında, istər Ermənistanla Azərbaycana müqayisəli şəkildə Azərbaycana ayrılan maddi yardımı, istər beynəlxalq qurumlarda Azərbaycanın haqq işini dəstəkləməsinə gələndə, istər ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında, istər Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı ikili standartlara yanaşmada, istər Azərbaycan müxalifətini siyasi kart kimi istifadə etmək kimi bu məsələlərdə ABŞ Azərbaycana qarşı qeyri səmimi davranıb. Bundan sonrada onun siyasətinin dəyişəcəyi o qədər inandırıcı deyil. Eyni zamanda "Wikileaks" saytının yaydığı məlumatlarda bu faktlar da özünü ehtiva edir".

 

Politoloq deyir ki, Metyu Brayzanın Azərbaycana səfir kimi gəlməsi ABŞ-ın köhnə vərdişindən çəkindirən deyil. Çünki, Brayzanın Azərbaycanda parlamentə düşə bilməyən və vəzifə istəyən tanıdığı adamlar var və bu tip adamların hamısını Brayza gəlib yenə başına toplayacaq. Əsas məqsəd isə Qafqazda Azərbaycanın imicinə mənfi təsir edən amilləri qabartmaqdır: "Özləri oyun qurublar ki, guya ermənilər Metyu Brayzanın Azərbaycana səfir kimi təyin olunmasını istəmir. Guya, səfir kimi namizəd olan Metyu Brayza türklə evlənib. Əvvəla o, türk deyil kürtdü. Eyni zamanda Metyu Brayzanın özüdə milliyyətcə polyakdı. İnanmıram ki, ABŞ yenə də əvvəlki əməllərindən geri qala. Yəni istər-istəməz həmin addımları atacaq. Metyu Brayza Bakıya gələndən sonra Azərbaycan həqiqətlərinin dünyaya açılacağı da inandırıcı deyil. Çünki, ABŞ son 100 il ərzində heç bir tərəfdaşını sona qədər dəstəkləməyib".

 

Müsavat partiyasından ayrılan dörd nəfərin ABŞ səfirliyinə dəvət edilməsini pisləyən C.Nuriyev deyir ki, bu birmənalı şəkildə ABŞ-ın müsavat partiyasının dəstəklədiyini, onlara himayədarlıq etdiyini qənaətinə gətirib çıxarır: "Dünyanın heç bir yerində belə biabırçi bir şey yoxdur ki, müxalifət partiyasından istefa verənləri hansısa bir dövlətin səfirliyi dəvət edib və qəbul etsin. Eyni zamanda niyə istefa verdiyini soruşsun. Metyu Brayza da gələndən sonra da belə davam edəcək. Burada əsas məqsəd Azərbaycanı İrana qarşı istifadə etmək, Rusiya ilə münasibətləri korlamaq və Azərbaycanın Qafqazdakı liderliyini bir növ geri aparmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə