Düşmən yalı ilə bəslənənlər...

Düşmən yalı ilə bəslənənlər...

Sonda ifşa olunurlar

Bu fikrə gəlməyə haqqım var. Hər gün bir cinayətkar, Vətən xaini peyda olur, sonra da adını qoyurlar "siyasi məhbus" və qalxırlar bu cinayətkarın müdafiəsinə. Özü də kimlər müdafiə edir bu satqınları? Xarici qüvvələrə nökərçilik edən, hər şeylərini qrantlara satan erməni qulbeçələri. Qəribəsi də odur ki, qranta görə qaşınmayan yerdən qan çıxarmağa atılırlar. Elə müxalifət məhbus Mehman Hüseynovla bağlı hay-küy salmağa başladı.və sonda...

Haqq nazilər, amma üzülməz. O da bəllidir ki, bu gün M.Hüseynov məsələsi bəzi müxalifət qüvvələrinin, Avropada ölkəmiz əleyhinə savaş açan kəşfiyyat orqanlarının əli ilə silahlandırılaraq, çıxış edən insanların əlində olan bir yem vəsitəsi idi. Ancaq xatırladaq ki, dövlət başçısının M.Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı verdiyi tapşırıq satqın müxalifət "liderləri"nin əlindən çıxdı.

Zahid Oruc: "Prezidentin qərarı bəzi dairələr üzərində qələbə sayılmalıdır"

Millət vəkili Zahid Oruc məsələ ilə bağlı bildirib ki, Prezident İlham Əliyevin qərarı həbsdə olan M.Hüseynovla bağlı məsələnin Azərbaycanın mənafeləri kontekstində sonlanmasına imkan verdi: "Ayrı-ayrı şəxslərin üzərində keçmişdə də qurulan savaşları dəyərləndirərək, yaxşı bilirdik ki, söhbət qətiyyən Avropadakı müxtəlif strukturların ölkəmizdəki insan haqlarının ali dəyərə çevirməsi istəklərindən getmir. M.Hüseynov burada bir alət - tutaraq idi".

Z.Oruc onu da qeyd edib ki, M.Hüseynov məsələsi bəzi müxalifət qüvvələrinin, Avropada ölkəmiz əleyhinə savaş açan kəşfiyyat orqanlarının əli ilə silahlandırılaraq, çıxış edən insanların əlindən çıxdı və bu, süni bir gündəm idi.

Erməni sevgisindən erməniləşənlər

Erməni sevgisindən erməniləşənlər birdir, ikidir... Rüstəmi, Əlisi, İsası, Əkrəmi, Gültəkini, Leylası, Xədicəsi, Vidadisi, Teymurxanı, Turalı və ... kimi satqın, əxlaqsız erməni xislətli mənəviyyatsızları xalqımız yaxşı görür və onların məqsədlərini də bilir. Bu bədbəxtlər anlamalıdırlar ki, Azərbaycana batmaq müşkül məsələdir! Bunu Avropadakılar və onlara nökərçilik edən satqın müxalifət də bilir.

Bu gün bu satqınlar və ölkəmizin uğurlarını qısqanclıqla yanaşan avropalı deputatlar da qanmağa məhkumdurlar ki, Azərbaycan Avropa qədər zəif deyil ki, vətəndaşlarımız siyasi mövqeyinə görə, şərlənib həbs edilsin. Belədir, ya yox, cənab misterlər? Eyni zamanda, bu marginallar, onu da unudurlar ki, anti-Azərbaycan dairələrin qrant paylayan üfunətli ofislərinin mərmər döşəmələri üstündə gəzib özgə yalı ilə yallanmaqla heç nəyə nail ola bilməyəcklər və gec-tez bu yalan və böhtanlar sonda ifşa olunur. Necə ki, M.Hüseynov üzərində qurulan oyunlarındakı məqsədləri üzə çıxdı. Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə