Elmar Məmmədyarov Küveyt Dövlətinə işgüzar səfərə yola düşüb

Elmar Məmmədyarov Küveyt Dövlətinə işgüzar səfərə yola düşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi altında Azərbaycanın nümayəndə heyəti Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasının işində iştirak etmək məqsədilə Küveyt Dövlətinə işgüzar səfərə yola düşüb. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iki günlük səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasında iştirakı ilə yanaşı Küveyt Dövlətinin Vəliəhdi Əlahəzrət Şeyx Nəvvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah və Küveyt Dövlətinin Baş Naziri Əlahəzrət Şeyx Nasser Əl-Məhəmməd Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə görüşü nəzərdə tutulub.

 

Bununla yanaşı Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasının yekunlarına dair birgə press-konfransın keçirilməsi və nazir E.Məmmədyarovun Küveytin "Ər-Ray" qəzetinə, "Sabah" televiziya kanalına müsahibə verməsi planlaşdırılıb. Nümayəndə heyəti 11 yanvar tarixində Azərbaycana dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə