Azərbaycan həkimləri beynəlxalq kurslarda iştirak edəcəklər

Azərbaycan həkimləri beynəlxalq kurslarda iştirak edəcəklər
Azərbaycan ortopedləri Türkiyədə keçirilən beynəlxalq kurslarda iştirak edəcəklər. SİA-nın xəbərinə görə, ortopedlər yanvarın 13-dən 16-dək sümük qırıqlarının müalicəsi üzrə beynəlxalq kursa qatılacaqlar. Beynəlxalq kurlsar Türkiyənin İzmir şəhərində Almaniyanın "Gerhard Kuntscher" Dərnəyinin dəstəyi ilə təşkil olunacaq.

Türkiyənin müxtəlif şəhərlərindən 40, xarici ölkələrdən isə 16 mütəxəssisin iştirak edəcəyi tədbirdə plastik sümük modelləri üzrə araşdırmalar, bu sahədə qazanılan təcrübə müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə