Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Moskvada görüşəcək. SİA bu barədə Kremlij saytına istinadən xəbər verir.
Məlumata görə, dövlət başçıları Suriyada problemlərin həllini və xüsusilə də ölkənin şimalında bufer zonanın yaradılmasını müzakirə edəcəklər.
Bundan başqa Putin və Ərdoğan müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, Türkiyə prezidentinin Rusiyaya səfəri onun 2019-cu ildə ilk xarici səfəridir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB