İraqın sürgündən qayıdan şiə lideri Müqtəda Əs Sədr xalqa ilk müraciətini edib. SİA-nın "trt"ye istinadən verdiyi xəbərə görə, Paytaxt Bağdadın 160 kilometr cənubundakı Nəcəf şəhərində minlərlə tərəfdarına səslənən Əs Sədr silahla deyil, sülh yolu ilə siyasi arenada mübarizə aparacaqlarını bildirib.
Əs Sədr "İraq hökuməti xalqın təhlükəsizliyini və əmin-amanlığını təmin edəcəyi təqdirdə biz də onun yanında yer alarıq. Ancaq hökumət xalqa xidmət etməzsə, onu düzəldəcək yollar da var. Ancaq bu yollar yalnız siyasi yollar olmalıdır" deyib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB