Rusiya prezidenti Dmitri Medvedev atom enerjisindən dinc istifadəyə dair qərar qəbul etdi

Rusiya prezidenti Dmitri Medvedev atom enerjisindən dinc istifadəyə dair qərar qəbul etdi
Rusiya prezidenti Dmitri Medvedev atom enerjisindən dinc istifadəyə dair Yaponiya ilə imzalanan sənədin ratifikasiyasına dair qərar qəbul edib. SİA-nın xəbərə görə, bu barədə Kremlin mətbuat xidmət məlumat yayıb. Məlumatda bildirilir ki, hazırki razılıq 2009-cu ilin may ayında iki ölkənin hökumətləri arasında imzalanıb. Ötən ilin dekabr ayında Dövlət Duması qanunun ratifikasiyası haqqında qərar qəbul edib. Müqaviləyə əsasən, tərəflər kəşfiyyat və uran yataqlarının işlənməsi, yüngül su reaktorlarının tikintisi və istismarının inkişafı, bundan əlavə, nüvə təhlükəsizliyinin, radiasiyanın və ətraf mühitin qorunması üzrə əməkdaşlıq edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə