"Mehmanın azadlığa çıxması ən çox Emin Hüseynova zərbə vuracaq" ÖZƏL-MÖVQE

"Mehmanın azadlığa çıxması ən çox Emin Hüseynova zərbə vuracaq" ÖZƏL-MÖVQE

“Mehman Hüseynov olayı əslində özünü müxalif düşərgədə hiss edən bəzi quruplaşmaların əsl simasınıə ifşa etdi. Mehman özünün dediyi kimi aclıq aksiyasını etiraz olaraq başlamaq istəyib, 1 gün davam edib, sonra aksiyanı dayandırıb. Bunu Mehman özü deyir. Ancaq qardaşı Avropada özünə əməlli-başlı əl qatıb”. Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, bu adam aclıq aksiyası kontekstinə bir növ yeniliklər gətirib: “Necə yəni yarım çörək yemək aclıq aksiyası sayılır? Bu hansı kitabda yazılıb? Məsələ burasındadır ki, QHT rəhbərlərinin Mehmanı ziyarət etməsi onların alt planlarını ifşa etmiş oldu. Ancaq sonrakı mərhələdə xarici diplomatların Mehmanı ziyarət etməsi, olayları öz gözlərinə ilə görmələri Eminin işini tamamilə fiaskoya uğratdı. Əslində Mehmanın azadlığa çıxması hamıdan çox Emin Hüseynova zərbə vuracaq. Belə ki, o, qardaşının düşdüyü durumdan istifadə edib qrantlarını alır, Mehman azadlığa çıxandan sonra onun bütün layihələri iflas olacaq. Məhz bu səbəbdən Emin Hüseynov həm yerli, həm xarici diplomatları, Vətəndaş Cəmiyyətinin üzvlərini söyməkdən, təhqir etməkdən çəkinmir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə