Sevinc Seyidova: “Azərbaycan mətbuatı bu qayğını, diqqəti hər zaman hiss edəcək və 2011-ci il də istisna deyil” - AÇIQLAMA
"Ötən il bütün Azərbaycan mətbuatı üçün uğurlu olub. Xüsusilə mətbuatın 135 illiyi ilə bağlı dövlət başçısının verdiyi sərəncamlar Azərbaycan mətbuatına göstərilən ən yüksək diqqət və qayğının bariz nümunəsidir". Bu sözləri SİA-ya "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova açıqlamasında deyib. O bildirib ki, ötən il jurnalistlərin maddi vəziyyətinin yaxşılaşdırılması və peşəkarlığının artırılması üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqələr, həmçinin fond tərəfindən redaksiyalara birdəfəlik yardımların verilməsi büıtün mətbuat tərəfindən yüksək qiymətləndirilib. Onun sözlərinə görə, jurnalistlərin müstəqil şəkildə müsabiqələrdə iştirak edərək maddi qazanc əldə etməsi mətbuata edilən diqqətdir.
"2010-cu ili bütün qəzetlər kimi bizim üçün də uğurlu olub. Ötən il ərzində redaksiyamızın bir-neçə əməkdaşının müxtəlif qurumlar tərəfindən yazı müsabiqələrində, bir əməkdaşımızın isə KİV-in İnkişafına Yardım Fodununun keçirdiyi müasbiqədə qalib olmasını əməkdaşlarımızın uğurlarından saymaq olar. 2010-cu ilin ən uğurlu hadisəsi kimi mətbuatın ölkə başçısı İlham Əliyevi özlərinə qayğıkeş bir insan hesab edərək, Prezidenti "Jurnalistilərin dostu" mükaftına layiq görməsini qeyd etmək istərdim. Bununla da jurnalistlər Prezidentin bu mükafata layiq görüməklə onun mətbuat sahəsinə göstərdiyi diqqəti etiraf etmiş oldular. Doğrudan da "Mətbuatın inkişafı üçün daha nələri etmək lazımdır?" sualına cavab axtarılarkən Prezidentin verdiyi sərəncamlar göz önünə gəlir",- deyə baş redaktor qeyd edib.
"Jurnalistlərin dostu" mükafatı uğrunda keçirilən sorğunun nəticəsinin reallığa uyğun olduğunu söyləyən S.Seyidova vurğulayıb ki, Azərbaycan mətbuatı bu qayğını, diqqəti hər zaman hiss edəcək və 2011-ci il də istisna deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB