"Görünür ikili standartlar Zaxarovaya da sirayət edib” ÖZƏL-RƏY

"Görünür ikili standartlar Zaxarovaya da sirayət edib” ÖZƏL-RƏY

“Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni əsilli RF vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə buraxılmaması ilə bağlı açıqlaması birmənalı qarşılanmır və görünür qərblə bağlı indiyədək dediyimiz ikili standart ona da sirayət edib”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Zaxarova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox əla məlumata malikdir və hətta lazım olanda o buna əla komentarilər də verir: “Amma bəzən onun özünə hansısa məqamlar lazım olanda detalları unudur. Əgər o RF vətəndaşlarına Azərbaycanda və Ermənistanda göstərilən münasibəti öyrənmək istəyirsə bu qəliz məsələ deyil. Dilqəm Əsgərov Rusiya vətəndaşı olsa da amma azərbaycanlıdır. Amma hələ Mariya Zaxarova bir dəfə də olsun dilindən söyləməyib ki, Dağlıq Qarabağda Rusiya vətəndaşını girov götürüblər. İkincisi, Zaxarova çox əla bilir ki, məhz Rusiya vətəndaşı olan ermənilər Azərbaycana sağlam niyyətlə gəlmir. Rusiya vətəndaşı olan ermənilər Azərbaycana gəlib və burada təxribat törətmək niyyətində ola bilərlər. Bu sonda da Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirə bilər. Əgər Azərbaycan bu istiqamətdə hər hansı bir addım atıbsa, bu daha böyük bir gərginliyin, problemin qarşısının alınması istiqamətində görülən bir iş kimi qəbul edilməlidir. Ona görə də düşünürəm ki, indiki anda ermənilər Zaxarovanın yanından ya yaxşı keçiblər, ya da gözünə yaxşı görünüblər deyə ermənilərin xeyrinə vəziyyəti saxtalaşdırıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə