Gələcək 10 ildə dünyanı nələr gözləyir - ARAŞDIRMA

Gələcək 10 ildə dünyanı nələr gözləyir - ARAŞDIRMA
Önümüzdəki 10 ildə dünyada hansı hadisələrin baş verməsi ehtimal olunur? SİA müxtəlif sahələrdə bu sualı araşdırıb.

Tibb sahəsində İngiltərənin məhşur alimi Maks Pemberton dünyada baş verəcək ən önəmli hadisələrin aşağıdakılar olduğunu bildirib:

1) Genin müalicəsi inkişaf edəcək

Dünya mütəxəssislərinin müxtəlif araşdırmalar apararaq gen xəstəliyinin müalicə üsullarını tapdığı hamımıza məlumdur. 2018-ci ilə qədər sürətlə inkişaf edəcək gen müalicəsi 2018-ci ildən başlayaraq əhəmiyyətli sahə olacaq. Belə ki, o illərdə artıq tibb ən yüksək texnologiyalarla idarə olunacaq. Genin müalicəsi dünyada tibb sahəsində ən əhəmiyyətli sahəyə çevrilsə də, bir müddət bu texnologiyadan hələ çox az sayda insan faydalana biləcək.

2) Dünyanın dəhşəti xərçəng və AİDS xəstəliyi artacaq

Son illərdə statistik rəqəmlərə nəzər saldığımız zaman görürük ki, ən çox ölümə səbəb olan xəstəliklər xərçəng və AİDS-dir. Uzun illər bu xəstəliklərin yaranma, yoluxma səbəbləri ilə yanaşı müalicə üsulları da araşdırılıb. Mütəxəssislərin müxtəlif açıqlamaları zamanı aydın olur ki, bu iki xəstəliyin səbəbləri gələcək 10 ildə aydınlaşacaq. Bütün cəhdlərə, elm və tibbin müxtəlif sahələrinin inkişaf etməsinə baxmayaraq, xəstəliklərin müalicəsi üçün kəşf edilən üsullar keçərsiz olacaq. O cümlədən xəstəliklərin artacağı da ehtimallar sırasındadır.

3) Tibbi əməliyyatlarda robot cihazlardan istifadə genişlənəcək

Dünyanın bir çox inkişafetmiş ölkələrində bu vasitələrdən artıq istifadə edilir. Hətta bəzi xəstəxanalarda tibb bacısı vəzifələrini robotlar həyata keçirir. Bu cür robotlar sınaqdan uğurla keçərək cəmiyyət arasında da alqışa səbəb olub. Odur ki, gələcək 10 ildə tibb sahəsində robotların istifadəsi kəskin artacaq.

Elm sahəsinin gələcəyi haqda danışan "New Scientist" jurnalının redaktoru professor Roger Hayfld 10 ildə gözlənilən 2 hadisəni açıqlayıb:

1) NASA-nın kosmosa son uçuşları izlənəcək

2010-2018-ci illər arasında NASA-ya aid son kosmos uçuşlarına şahid olacağıq. Gələcəkdə reallaşdırılacaq kosmos yarışları xüsusi təşəbbüskarlar arasında reallaşacaq.

2) İqlim dəyişikliklərinin qarşısını almaq üçün bir sıra tədbirlər görüləcək

Son dövrlərdə dünyada baş verən iqlim dəyişikliyi ən çox diqqəti cəlb edən hadisələrdəndir. Bu cür dəyişikliklər dünya təbiətində fəsadlı nəticələrə yol açır. İqlim dəyişikliyinin mənfi təsirlərinin qarşısını almaq üçün bir çox cəhdlər edilir, amma bu o qədər də nəticə vermir. Gələcək 10 il bu cür cəhdlərin uğur qazanması üçün əlverişli olacaq. Planetə dəyən ziyanın yenidən bərpa olunması istiqamətində bir sıra yeni və uğurlu adımlar atılacaq.

Texnologiya sahəsində baş verə biləcək dəyişiklikləri isə "The Daily Telegraph" qəzetinin texnologiya şöbəsinin müdiri Matt Warman açıqlayıb.

1) İnternetdən istifadə artacaq

Bu günki yaşantımızda internet ən geniş istifadə edilən texnolgiya vasitəsidir. Artıq zaman keçdikcə bütün işlər internetdən idarə ediləcək. Gələcək illərdə həyatımızın hər sahəsinə sızan internet istifadə üsullarının inkişaf etməsi ilə də fərqlənəcək. 10 il ərzində internetdən istifadə elə bir həddə çatacaq ki, hətta evlərdəki soyuducular belə internetdən verilən sifarişlər nəticəsində doldurulacaq.

Twitter-in qurucusu Biz Stonenin fikirlərinə görə, qarşıdan gələn illərdə mobil telefonlarla internet texnologiyaları həyatın asanlaşdırılması istiqamətində birgə çalışacaq və bir çox yeni uğurlar qazanacaqlar.

Ekologiya sahəsində proqnozlar heç də gözlədiyimiz kimi olmadı. Dünyanın məşhur ekoloqları gələcək 10 ilin təhlükəli olacağını düşünürlər.

1) 10 il dünyanı istilik bürüyəcək

10 il ən dünyada yaşanan ən isti illər olaraq yadda qalacaq. Başda günəş enerjisi olmaqla digər enerjilərin istifadəsinin böyük partlayışlara səbəb ola biləcəyi ehtimal edilir.

2) Nüvə enerjisinə ehtiyac azalacaq

Dünyada nüvə enerjisinə olan ehtiyac azalacaq. Bu hadisəyə bir yandan da yeni enerjilərin kəşf edilməsi səbəb olacaq. Bu gedişlə, dünya iqtisadçıları 2020-ci ilin sonuna qədər yeni nüvə reaktorunun açılmayacağını diqqətə çatdırıblar.

3) Mobil telefonların sağlamlığa zərəri rekord həddə çatacaq

Gündəlik həyatımızın əhəmiyyətli parçası olan mobil telefonlarının əslinə nə dərəcədə zərərli olduğunu bilirik. Kommunikasiya vasitəsi olan telefonların yaratdığı radioaktiv şüalanma getdikcə fəsadlarını artıracaq. Mütəxəssislər etiraf edirlər ki, bir çox səbəbi müəyyənləşdirilə bilməyən xəstəliklərin yaradıcısı məhz bu şüalardır.

Dünyanı gələcək 10 ildə gözləyən hadisələr bunlardır. Gözləntilərin nə dərəcədə doğru olub-olmadığını isə zaman göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə