Rauf Nağıyev: “Təcili tibbi yardım stansiyasına müraciət edənlərin sayı ötən illərlə müqayisədə artıb” - AÇIQLAMA

Rauf Nağıyev: “Təcili tibbi yardım stansiyasına müraciət edənlərin sayı ötən illərlə müqayisədə artıb” - AÇIQLAMA
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayında artım müşahidə olunur. Bu barədə SİA-ya açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev məlumat verib. O bildirib ki, ilbəil təcili tibbi yardım stansiyasına müraciət edənlərin sayı artır. Baş həkiminin sözlərinə görə, gündəlik rəqəmlərə əsasən deyə bilərik ki, bu il çağırışların sayı ötən illərlə müqayisədə daha çoxdur. Çağırışların ümumi olduğunu deyən R.Nağıyev qeyd edib ki, bunları kateqoriyalara bölmək mümükün deyil: "Çünki, təcili tibbi yardıma başı, ürəyi ağrıyan, travma alan da müraciət etdiyindən bu müraciətlər bütün kateqoriyaları əhatə edir. Hansı kateqoriya üzrə müraciətin az və ya çox olduğunu deyə bilmərik. Sadəcə mövsümi çağırışlar var ki, onlar fəsillərdən asılı olaraq artır. Məsələn, yay dövründə günvurmalar, təzyiqin yüksəlməsi, qış dövründə də soyuqdəymələr, təzyiqin qalxması daha çox müşahidə olunur, yazda və payızda isə vəziyyət biraz stabilləşir. Mövsumi müraciətlər priodik olaraq dəyişir, yəni nisbətən artır və ya azalır. Ümumi çağırışlar isə gündəlik olan çağırışlardır ki, onlar hər zaman olub və bundan sonra da olacaq".

R.Nağıyev qeyd edib ki, hazırda Bakı şəhərində geniş epidemiya müşahidə olunmadığından respirator müraciətlər 150-200 çağırış arası tərəddüd edir. Onun sözlərinə görə, ötən ilin bu vaxtlarında hava daha soyuq olduğundan respirator xəstəliyin sayına görə müraciətlərin də sayı artmışdı: "Mövsumi və orta rəqəmləri götürdükdükdə çağırışın sayının artıb və azaldığını bilirik. Ötən il bu rəqəm 1300-1400 arası tərəddüd edirdisə, bu il rəqəmlər 1400-1500 arası tərəddüd edir. Əgər şəhərdə epidemiya artarsa, yəni respirator, qızdırmalı xəstələrin sayı artdıqca bu müraciətlərin sayı daha da arta bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə