Yaxud, biz onlara gerçək demokratiyanın nə olduğunu öyrədərik!
Son zamanlar, xüsusilə ötən ilin axırlarından başlayaraq, Avropada enerji vasitələrinə tətbiq edilən qiymət artımları və s. sosial ədalətsizliklərdən doğan etirazlara start verildi və xüsusilə, Fransa, Belçika kimi ölkələrdə “sarı jiletlilər” aksiyalarına start verildi. Get-gedə böyüyən aksiyalar kütləviləşərək, 100 minlərlə insanların küçələrə çıxması ilə nəticəsini tapdı.
2018-ci il noyabrın 17-də başlayan "Sarı jiletlilər" aksiyalarında indiyədək 5 min 600 nəfər saxlanılıb, mindən çox insan həbs edilib, o cümlədən, 10 nəfər həlak olub
Lakin bununla yanaşı, anarxiyaçı qüvvələr də fürsətdən istifadə edərək, “sarı jiletlilər” aksiyasına qoşularaq, bu ölkələrin paytaxtları da daxil olmaqla, müxtəlif şəhərlərində qanunlara zidd hərəkətlərə rəvac verən dağıdıcılıqlar törətdilər. Avtomobillər yandırıldı, mağazalar talan edildi. Polis gücləri kütləvi etiraz iştirakçılarını dağıtmaqdan ötrü öz imkanlarından aşırı güc vasitəsi ilə istifadə edərək, minlərlə aksiyalara zor gücü tətbiq etməklə yanaşı, kütləvi həbslərə də əl atdılar. Ancaq bu günün özündə də Fransada etirazlar davam edir və hətta sonu görünməyən bir faktora çevrilir.
Yeri gəlmişkən, artıq o da məlum olub ki, Fransada icazəsiz mitinq keçirənlər, müxtəlif vasitələrlə, o cümlədən, sosial şəbəkələr və media vasitəsilə çağırış edənlər sərt şəkildə cəzalandırılacaqlar. SİA xəbər verir ki, bununla bağlı Fransanın baş naziri Eduard Filip yeni qanunun qəbul ediləcəyini açıqlayıb. Baş naziri bildirib ki, 2018-ci il noyabrın 17-də başlayan "Sarı jiletlilər" aksiyalarında indiyədək 5 min 600 nəfər saxlanılıb, mindən çox insan həbs edilib, o cümlədən, 10 nəfər həlak olub.
Bəs Almaniya nədən ehtiyat edir?
Söz yox ki, artıq bənzər qiyam və üsyanlar Avropanı bütövlükdə öz ağuşuna almaq üzrədir və bunu digər ölkələrin rəsmiləri də etiraf edirlər. Misal üçün, bir neçə gün öncə Almaniyanın maliyyə naziri Olaf Şults ölkədə Fransadakı kimi "sarı jiletlilər"in etiraz potensialının olduğunu deyib. Fransadakı vəziyyəti xatırladan Şults vergi və s. kimi məsələlərdən doğa biləcək etirazların qapıda olduğunu bildirib və bunu “yağlı illər başa çatdı” ifadəsi ilə etiraf edib.
Alman nazir “Bilid” qəzetinə verdiyi müsahibəsində Fransada aşağı maaşlara və bahalılığa qarşı "sarı jiletlilər"in etirazlarını xatırladaraq, bu cür vəziyyətin Almaniyada da ciddiyə alınması vacibliyini bildirib. “Almaniyada da ehtimal edilməyəcək dərəcədə "sarı jiletlilər" etirazlarının baş verməsi təhlükəsi yüksəkdir”, deyən maliyyə naziri hökuməti buna hazır olmağa səsləyən Şults həyat bahalığının orta sinif insanlara daha ağır zərbə vuracağını da istisna etməyib. Çox yəqin ki, artıq Almaniya, eləcə də digər Avropa ölkələri də baş verə biləcək kütləvi qiyam və üsyanlara qarşı sərt tədbirlər görməyi planlaşdırırlar.
Qiyamların baş qaldırdığı, insan hüquq və azadlıqlarının pozulduğu Avropa ölkələrinə “qaşın üstündə gözün var” deyən yoxdur
O da maraqlıdır ki, baş verən reallıqlara rəğmən, Avropanın bəlli hüquq-müdafiə təşkilatları, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, hətta BMT-nin müvafiq qurumları bu hadisələrə ümumiyyətlə, münasibət bildirmir, susqun qalmağı daha üstün tuturlar. Halbuki, yuxarıda qeyd edilən faktlarla yanaşı, jurnalistlərin həbsi, insan haqlarının pozulmasına dair kifayət qədər dəqiq məlumatlar mövcuddur. Lakin qiyamların baş qaldırdığı, insan hüquq və azadlıqlarının pozulduğu Avropa ölkələrinə necə deyərlər, “qaşın üstündə gözün var” deyən belə, yoxdur. Bu isə növbəti sualları doğurmağa başlayır...
Belə ki, bütün bunların yerinə, Azərbaycanda hətta ən kiçik sosial-məişət problemi baş verərkən, həmin qurumlar dərhal qollarını çırmalayıb, ölkəmizə qarşı kampaniyalara start verirlər.
Həmin təşkilatlar Azərbaycanda baş verən ən kiçik və siyasi amil daşımayan hadisələri qərəzli şəkildə şişirdərək, bunu ölkəmizə qarşı təzyiq rıçaqı olaraq istifadə etməyə cəhdlər göstərirlər
Eyni zamanda, istənilən hadisəyə siyasi don geyindirməklə, guya Azərbaycanda anti-demokratiyanın olduğunu, insanların isə hüquq və azadlıqlarının pozulduğunu əks etdirən hesabatlarla, bəyanatlarla çıxışlar edirlər. Budurmu Avropanın ədalət simvolu? Əlbəttə ki, burada hər hansı bir ədalətdən, doğru və dürüstlükdən danışmağa dəyməz. Bu dəfə də bəlli qurumların ikili standartlardan çıxış etmələri göz önündə canlanmaqdadır. Bütün bunların isə daha bir səbəbi var...
Sirr deyil ki, bu gün məhz Avropanın aparıcı təşkilatları ilə müxtəlif QHT tipli Qərb təşkilatları əməkdaşlıqlar edir, guya ikinci və üçüncü ölkələrdə “demokratiyanın inkişafına dəstək” adı altında fəaliyyət göstərirlər. Məhz həmin təşkilatlar Azərbaycanda baş verən ən kiçik və siyasi amil daşımayan hadisəni qərəzli şəkildə şişirdərək, bunu ölkəmizə qarşı təzyiq rıçaqı olaraq istifadə etməyə cəhdlər göstərirlər. Bunun üçün isə onlara 5-ci kolonun emissarları canfəşanlıqla xidmət göstərirlər.
Misal üçün, Mehman Hüseynovun məlum “aclıq aksiyası” məsələsində xüsusi komanda ilə fəallaşan 5-ci kolonun fəalları – AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, eyniadlı qurumun təmsilçiləri Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, eləcə də onların Avropadakı buyruq qulları Orduxan Teymurxan, Tural Sadıqlı və digərləri öz havadarlarının sifarişini yerinə yetirirlər. Hətta M.Hüseynovun saxta aclıq aksiyası şousu ifşa olunduqdan, yəni onun heç də aclıq aksiyası keçirmədiyi üzə çıxdıqdan sonra, bu ünsürlər hələ də sözügedən məsələ ətrafında manipulyasiyalar edərək, avropalı ağalarından əlavə nə isə qoparacaqlarını umurlar.
Yaxşı olardı ki, Avropanın bəlli təşkilatları bu qoca qitədə baş verən insan haqlarının pozulması, gerçək demokratiyanın məhv olması barədə düşünüb, nəticə çıxarsınlar
Bu gün haqlı olaraq soruşula bilər ki, yaxşı, Mehman Hüseynov Avropa “demokratiyasından” necə üstün oldu? Hər halda, Avropa təşkilatları müstəqil siyasət yürüdən, eləcə də, hüquqi və demokratik dövlət olan Azərbaycana qarşı diş qııcıtmaqdansa, öz daxilindəki problemləri həll etməlidir. Lakin təəssüf ki, müxtəlif fond və təşkilatlar Avropanın nüfuzlu qurumlarına müxtəlif cinahlardan daxil olaraq, öz çirkin niyyətlərini reallaşdırmaqda israrlı olduqlarını açıq-aşkar nümayiş etdirməkdədirlər. Yəni, bu kimi məsələlərdə əsas havadarlar isə söz yox ki, Avropa və Qərb ölkələrində fəaliyyət göstərən “demokratiya qurucularıdırlar”. Misal üçün, “Açıq Cəmiyyət İnstitutu” adı altında müxtəlif ölkələrdə inqilablar, qiyam və üsyanlar təşkil edən Soros fondu və s. Həmçinin, erməni lobbisinin maliyyə dəstəkləri ilə fəaliyyət göstərən və “insan hüquq və azadlıqlarının təmin olunması” adı altında Azərbaycan əleyhinə planlarını tətbiq etməyə cəhd göstərən Avropanın bir sıra təşkilatları da müəyyən qrantlar hesabına Azərbaycana təzyiq göstərməyə çalışırlar. Nəticədə yuxarıda adları çəkilən ünsürlər, yəni demokratiya və insan haqlarından dayanmadan danışan bu fərdlər ölkəmizin dövlətçilik maraqlarını qrant maraqlarına qurban verməyə hazır olduqlarını dəfələrlə nümayiş etdirirlər. Onların yeganə düşüncə və istəkləri bacardıqları qədər daha çox qrantlar qoparıb, Azərbaycan dövlətinə qarşı azğın fəaliyyət göstərməkdən ibarətdir. Ancaq heç bir halda öz niyyətlərinə çata bilməyən adıçəkilənlər
Yaxşı olardı ki, Avropanın bəlli təşkilatları bu qoca qitədə baş verən insan haqlarının pozulması, gerçək demokratiyanın məhv olması barədə düşünüb, nəticə çıxarsınlar. Hətta Azərbaycanda mövcud olan demokratik dəyərlərdən ibrət götürsünlər. Biz, onlara gerçək demokratiyanın nə olduğunu öyrədərik!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB