"Paşinyan separatçıları ələ almaq üçün yeni “üsul” icad edib" ÖZƏL-MÖVQE

"Paşinyan separatçıları ələ almaq üçün yeni “üsul” icad edib" ÖZƏL-MÖVQE

“Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı nəzarətdə saxlamaq üçün iki üsuldan istifadə edir: ya özü tez-tez Xankəndinə gəlir, yerindəcə həm nəbz yoxlaması həyata keçirir, həm də əsgər oğluna baş çəkir, ya da Saakyanı İrəvana çağırıb Ermənistan paytaxtında müxtəlif mövzuları müzakirə edir”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Paşinyan separatçıların dəstəyini qazanmaq üçün üçüncü “üsul” da icad edib: “Paşinyan xarici ölkələrə təyin etdiyi səfirləri Xankəndinə göndərir ki, erməni diplomatlar separatçıların “istək və arzuları ilə” yerindəcə tanış olsunlar. Məsələn, Paşinyanın Avstriyaya təyin etdiyi Armen Papikyan dekabrın 17-də Xankədinə gələrək Bako Saakyanla görüşüb. Məqsəd aydındır. Paşinyan bununla demək istəyir ki, təyin etdiyi səfirlər xarici ölkələrdə “Dağlıq Qarabağ Respublikasının” maraqları üçün də çalışmalıdırlar. Təsadüfi deyil ki, tez-tez xəbərlər gəlir ki, hansısa ölkədə Qarabağ separatçıları sərgi keçirdilər və ya mallarını satmağa çalışırlar. Bütün bunları həmin ölkələrdə çalışan erməni səfirlər təşkil etməyə çalışırlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə