“Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” FOTOLAR

“Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” FOTOLAR

Aİİ-də “Tələbə seminarları” layihəsi çərçivəsində birinci kurs tələbəsi İsgəndər İsgəndərovun təqdimatında “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda seminar təşkil olunub. SİA-nın verdiyi məlumata görə, seminarı idarə edən prorektor, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Aİİ-də mütəmadi olaraq müxtəlif mövzularda keçirilən tədbirlərin maarifləndirmə məqsədi daşıdığını və cəmiyyətdə maraqla qarşılandığını bildirib. A.Şirinov “Tələbə seminarları” layihəsi çərçivəsində keçirilən seminarların təqdirəlayiq olduğunu vurğulayıb. O qeyd edib ki, bu tipli seminarlarda tələbələrin aktiv iştirakı bilik səviyyələrinin artırılmasında, nitq mədəniyyətinin formalaşmasında, ictimai əhəmiyyətli fikirlərin zənginləşdirilməsində xüsusi rol oynayır.

Tələbə heyətinin iştirak etdiyi seminarda Aİİ-nin birinci kurs tələbəsi İsgəndər İsgəndərov “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda məruzə ilə çıxış edib. İ. İsgəndərov Məhəmməd Peyğəmbərin təvazökar və sadə olduğunu qeyd edib. O bildirib ki, Məhəmməd Peyğəmbər ömrünün 23 ilini insanlara İslamın əsaslarını çatdırmağa, islam əxlaqının təbliğinə həsr edib. O qeyd edib ki, peyğəmbərə məhəbbət bəşəriyyətə – canlı və cansız bütün varlıqlara sevgi ilə yanaşmaqdan başlayır.

Seminarda qeyd edilib ki, Məhəmməd Peyğəmbərin həyatı kamilliyin ən gözəl nümunəsi olub.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə