Ermənilər ruslara qarşı etiraza başlayırlar GÜMRÜDƏ

Ermənilər ruslara qarşı etiraza başlayırlar GÜMRÜDƏ

Ermənistanın Avropa partiyası yanvarın 12-də Avetisyanlar ailəsinin qətlə yetirilməsinin 4-cü və Culyetta Qukasyanın öldürülməsinin 40-cı günündə Gümrüdə yerləşən Rusiyaya məxsus hərbi hissənin qarşısında etiraz aksiyası keçirəcəklər. SİA aysor.am-a istinadən xəbər verir ki, bu haqda adıçəkilən partiyanın təsisçisi Tiqran Xzmalyan facebook səhifəsində yazıb.

Xatırladaq ki, qətllərlə bağlı iştirakı olan rus hərbçilər Ermənistanın hüquq mühafizə orqanlarına təhvil verişməməklə yanaşı, Rusiya qanunvericiliyi əsasında mühakimə olunublar. Ermənistanın əvvəlki və hazırkı rəhbərliklərinin qatillərin bu ölkənin qanunvericiliyinə əsasən mühakimə olunma tələblərinə hərbi bazanın rəhbərliyi tərəfindən rədd cavabı verilib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə