Vüqar Tofiqli: “Bu gün bələdiyyələrin cəmi 2,4%-i internet resurs hazırlaya bilib”
Ötən il internet resurs hazırlayan bələdiyyələrin sayı 42-ə çatıb. Bunların ikisi yerli orqanların öz vəsaitləri hesabına, beşi isə layihə çərçivəsində istifadəyə verilib. Bunu SİA-ya açıqlamasında "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib. Onun sözlərinə görə, ictimai birliyin apardığı araşdırmalara görə, 2010-cu ildə yeddi bələdiyyənin internet resursu hazırlanıb. Belə ki, paytaxtın Binəqədi və Qaraçuxur bələdiyyələri ilə yanaşı, Ağcabədi və Bərdə rayonlarının beş bələdiyyəsinin internet resursu artıq istifadədədir: ""İnformasiya əldə etmə" haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə görə, yerli özünüidarəetmə orqanları üç il ərzində internet resursu istifadəyə verməlı idilər. Bu müddət 2009-cu ildə başa çatsa da, bu gün bələdiyyələrin cəmi 2,4% -i resurs hazırlaya bilib. Resursun hazırlanmamasının əsas səbəbi kimi bələdiyyələrin maliyyəsizliklə üzləşməsi və yerlərdə kadr qıtlığının olması göstərilir".
V.Tofiqli bildirib ki, qeyd olunan problemin aradan birdəfəlik qaldırılması üçün xüsusi dövlət proqramının hazırlanmasına ehtiyac vardır: "Belə ki, bir proqramın qəbulu ilə müvafiq hakimiyyət orqanı tərəfindən dövlət büdcəsindən hər il bələdiyyələrə ayrılan dotasiya hesabına həm resurslar hazırlanar, həm də onun saxlanması həyata keçirilər. Bir nüansı xatırlatmaq istərdim ki, rayon bələdiyyələrinin resursları donor təşkilatlarının ayırdığı qrant hesabına İqtisadi Təşəbbüslər Mərkəzi tərəfindən hazırlanıb. İlk bələdiyyə resursu isə 2001-ci ildə Mərdəkan bələdiyyəsi tərəfindən hazırlanıb".
O, qeyd edik ki, "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyi cari ilin fevralında Ədliyyə Nazirliyində dövlət qeydiyatından keçib və ictimai birliyin əsas məqsədi Azərbacan bələdiyyə sisteminin inkişaf istiqamələrinin müəyyən edilməsi və problemlərin aşkar edilməsi ilə bağlı tədqiqatlar aparmaqla sistemin irəliləyişinə nail olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB