Ermənistan parlamentinin ilk iclası yanvarın 14-ü keçiriləcək. SİA "Armeniasputnik"ə istinadən xəbər verir ki, bunu Seçki Komissiyasının sədri Tiqran Mukuçyan dünən keçirilən iclasda açıqlayıb.
Məlumata əsasən, ötən gün Ermənistan Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. İclasda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və “Mənim addımım” blokunun daha 17 üzvü deputat mandatından imtina etməklə bağlı ərizə təqdim edib.
Mərkəzi Seçki Komissiyası müəyyən edilmiş qayda üzrə ərizələrə baxıb və notarial qaydada qəbul edib. Komissiya bu namizədlərin deputatlıq mandatını ləğv edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB