“Müxalifət üzləşdiyi faciəvi durumdan çıxa bilməyəcək” RƏY-ÖZƏL

“Müxalifət üzləşdiyi faciəvi durumdan çıxa bilməyəcək” RƏY-ÖZƏL

“Hər zaman müxalifətin irəli sürdüyü ideyalar elə ideya olaraq qalıb”. Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.

Onun sözlərinə görə, birləşmək, bir olmaq onların siyasi maraqlarına uyğun deyil. Keçirdikləri “zirvə toplantısı” da bir işə yaramayacaq: “Sadəcə, ən azı mətbuatın diqqətini özlərinə cəlb etmək üçün bu cür ucuz şoular düzəldirlər. Hər bir müxalifət yetkilisi özünü böyük siyasətçi, aparıcı partiya lideri hesab edir. Bu da müxalifətin birləşməsinə və güc mərkəzinə çevrilməsinə əngəl olan başlıca amillərdəndir. Hikkə, təkəbbür müxalifətin pərakəndəliyinə gətirib çıxarır. Hesab edirəm ki, köklü dəyişikliklər edilməsə, müxalifət üzləşdiyi faciəvi durumdan çıxa bilməyəcək. Təbii ki, müxalifətdaxili birliyin alınmamasının günahkarı elə müxalifət düşərgəsində fəaliyyət göstərən qurumlardır. Ümumiyyətlə, AXCP, Müsavat kimi partiya liderlərinin şəxsi ambisiyaları onların bu cür birliklərə qatılmasına imkan vermir. Demək olar ki, AXCP və Müsavat partiyalarının fərqli siyasi yanaşmaları müxalifət düşərgəsinə zərbə vurub. Bundan həmin qurumlarda təmsil olunan sıravilərdə zərər görüb”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə