Konsulluq idarələrinin səlahiyyətləri artırlıb

Konsulluq idarələrinin səlahiyyətləri artırlıb

Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib. SİA-nın məlumatına görə, Baş nazir Novruz Məmmədovun imzaladığı sənədə əsasən, ölkə hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarından savayı, müvəqqəti ölkə xaricində olan şəxslərin də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə