"Azərbaycan cənab Prezidentimizin rəhbərliyi ilə sürətlə inkişaf edir" ÖZƏL-ŞƏRH

"Azərbaycan cənab Prezidentimizin rəhbərliyi ilə sürətlə inkişaf edir" ÖZƏL-ŞƏRH

“Prezident İlham Əliyev hər zaman sosial məsələlərin həllini xüsusi olaraq diqqət mərkəzində saxlayır və onların həllinə nail olur. Əməkhaqqı və pensiyalar artırılıb, yeni sosial obyektlər istifadəyə verilib, insanları narahat edən problemlər aradan qaldırılıb. Bu gün hər bir vətəndaş dövlətin diqqət və qayğısını hiss edir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlərinə görə, qaçqın və məcburi köçkünlərə diqqət və qayğı daim dövlət siyasətinin əsasında dayanıb: “Bu siyasi kursun təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev mütəmadi olaraq qaçqın və məcburi köçkünlərlə görüşür, onları düşündürən məsələlərlə yaxından maraqlanır və həlli barədə müvafiq göstərişlər verir. Qanunvericilik bazası daha təkmilləşdirilir və əhalinin maddi rifah halının daha da yaxşılaşdırılmasına əlverişli zəmin yaradılır. Sosial müdafiəyə ehtiyacı olan hər kəs daim dövlətin qayğısını hiss edir və bundan sonra da edəcək. Bu baxımdan hesab edirəm ki, 2019-cu ildə qarşıda duran sosial məsələlər uğurla icra ediləcək.

15 ildir ki, Azərbaycan cənab Prezidentimizin rəhbərliyi ilə sürətlə inkişaf edir. Ölkəmiz demək olar ki, qarşıya qoyulan bütün hədəflərə çatıb. Təbii ki, ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin əsas istiqaməti məhz Dağlıq Qarabağ münaqişəsinin həllidir. Artıq uzun illərdir ki, bu istiqamətdə danışıqlar gedir, sülhün əldə olunması, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı mühüm işlər görülür. Lakin işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi və digər subyektiv səbəblərdən hələ də ciddi irəliləyiş əldə edilməyib. Ancaq cənab Prezidentimiz bütün çıxışlarında qətiyyətlə bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə