İranın böyük etirafı
"Bəsrə körfəzində 2 təyyarəyə havada hücum etmişik". Bu sözləri İranın İnqilab Müdafiəçiləri komandanlarından Əmir Əli Hacızadə Fars xəbər agentliyinə verdiyi açıqlamasında deyib. SİA-nın məlumatına görə, komandan bildirib ki, təyyarələr düşmən tərəfə aid olduğu üçün belə bir addım atılıb: "Bəli, İran Bəsrə Körfəzində 2 təyyarəyə havada atəş açaraq məhv edib. Çünki təyyarələr düşmən tərəfə aid idi və İranın hava sərhədinə casus olaraq gəlmişdilər. Biz də bu məqsədlə lazım olanı etdik və qabaqlayıcı tədbirimizi gördük".

Hacızadə onu da qeyd edib ki, bu məsələ heç bir yerdə İran tərəfindən etiraf edilməyib: "Müdafiə məqsədilə atdığımız bu addımı ilk dəfə açıqlayırıq. Bu məsələ heç vaxt gündəmə gəlməyib".

Qeyd edək ki, Əmir Əli Hacızdə təyyarələrin nə vaxt vurulduqlarını və digər detallarla bağlı əlavə məlumat verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə