"Paşinyanın güzəştə getməsi qaçılmazdır" ÖZƏL-RƏY

"Paşinyanın güzəştə getməsi qaçılmazdır" ÖZƏL-RƏY

“Ermənistanda parlament seçkilərindən sonra siyasi vəziyyət stabilləşmir. Məğlub olan “Qarabağ klanı” ilə qalib Paşinyan tərəfdarları arasında gərgin mübarizə davam edir. Rusiyapərəst “5-ci kalon” öz varlıqlarını qoruyub saxlamaq üçün yenidən hərəkətə keçməyə məcburdur. Rusiya da öz layihəsi olan bu qüvvəyə dəstəyini əsirgəməyəcək”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Paşinyanın tam qələbəsindən sonra bu klanın üzvlərinin cəzalandırılacağı da şübhəsizidir: “Respublikaçılar partiyasının mətbuat katibi Edurad Şarmazanovun “top-10” siyahısı bəzi həqiqətləri ortaya qoysa da bu faktlar Ermənistanın yenidən həyatda qalması üçün məcburi addımlardır. Xüsusən də Dağlıq Qarabağala bağlı məsələdə Paşinyanın güzəştə getməsi qaçılmazdır. Həmçinin təpədən dırnağa qədər korrupsiyalaşmış bir sistemi qəbul olunmuş demokratik qanunlarla və istəklə dəyişmək mümkünsüzdür. Bundan ötrü ilk növbədə çoxlu maliyyə və dəstək lazımdır. Bu təzyiqlərin qarşısında davam gətirməyən Paşinyan bu gün Moskvaya nəzərdə tutulmamış səfərə yollanıb. O bu səfər nəticəsində Putinə müəyyən güzəştlər barədə söz verəcəyi gözlənilir. Lakin bütün bunlar blefdir. Nə Ruisya öz təyiqini dayandıracaq, nə də Paşinyan qərbyönümlü siyasətindən əl çəkəcək. Artıq Paşinyan hökuməti Avropa ittifaqı ilə çoxsaylı müqavilələr imzalamaq barədə hərəkətə keçib. Yaxın zamanlarda Avropa Birliyi ölkələri ilə viza reyiminin qaldırılması sənədləri imzalanacaq. Bunun ardından qərb dairələri Ermənistan iqtisadiyyatını avropa standartlarına uyğunlaşdırmaq üçün qərbdən 50 milyard dollara qədər yatırım və ya yardım almaq planlarını həyata keçirməyə çalışacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə