Azərbaycanın Təbrizdəki Baş konsulu İranın Qərbi Azərbaycan vilayətinə səfər edib
Azərbaycanın Təbrizdəki Baş konsulu Əli Əlizadə İranın Qərbi Azərbaycan vilayətinə səfər etmiş və vilayətin valisi Vahid Cəlalzadə ilə görüşüb. SİA-nın xəbərinə görə, tanışlıq məqsədi daşıyan görüşdə Azərbaycan ilə İranın münasibətlərinin sürətli inkişafında həmsərhəd bölgələrin perispektiv imkanlarına dair fikir mübadiləsi aparılıb.
Səmimi münasibətə və yükəsk qonaqpərvərliyə görə minnətdarlığını bildirən Baş konsul əminliklə deyib ki, Baş Konsulluq bundan sonra da ölkələrimiz arasında münasibətlərin inkişafının davam etdirlməsində səyini davam etdirəcəkdir.
Azərbaycan və İran arasındakı mövcud əlaqələrin inkişafında Qərbi Azərbaycan vilayətinin imkanlarından daha səmərəli istifadə edilməsində maraqlı olduqlarını diqqətə çatdıran vali Bas konsulu təyinatı münasibəti ilə təbrik etmiş və İrandakı fəaliyyəti dövründə ona uğurlar arzulayıb.
Baş konsul səfər çərçivəsində İranın ali-dini rəhbərinin Qərbi Azərbaycan vilayəti üzrə nümayəndəsi ayətullah Qulamrza Həsəni ilə də görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB