Rəsmi Bakının bəyanatı və ERMƏNİ HƏYASIZLIĞI

Rəsmi Bakının bəyanatı və ERMƏNİ HƏYASIZLIĞI

“Azərbaycanın xarici işlər naziri Məmmədyarov Bakının Qarabağ ermənilərinə özünüidarəetmə məsələsində ən yüksək səviyyəli hüququn veriləcəyi mümkünlüyünü bəyan edib”. SİA xəbər verir ki, bu haqda aysor am. saytı yazır.

Lakin maraqlı məqam budur ki, Azərbaycanın XİN rəhbərinin bu kimi humanist və sülhpərvər bəyanatı nədənsə işğalçı Ermənistan rəhbərliyini ciddi şəkildə narahat edib və onlar bu narahatlıqlarını hər zamankı kimi həyasızlıqları ilə nümayiş etdiriblər. Belə ki, Nikol Paşinyanın birinci müavini Ararat Mirzoyan Azərbaycan rəsmisinin bəyanatına qarşılıq olaraq belə bir sərsəm bəyanat yayıb. “Cənab Məmmədyarova məsləhət görərdim ki, o, bu təklifini "Qarabağ xalqı"na da versin: gec, ya da tez “qarabağlılar” özləri öz talelərini həll edəcəklər. Bu, onların təbii və danılmaz hüquqlarıdır ki, ona qarşı hər hansı bir təhdid, yaxud silah gücü tətbiq edilsin. Bu hüquq tez, ya da gec tanınmalıdır”, deyə Mirzoyan Facebook səhifəsində sözügedən sərsəm fikirlərini erməni həyasızlığına xas olan tərzdə ictimailəşdirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin və XİN rəhbəri Elmar Məmmədyarovun 2019-cu ilin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində həlledici il olması barədə bəyanatları Ermənistanın və separatçı “DQR”in ciddi təlaşına səbəb olub. Görünür, bu bəyanatların qətiyyətli şəkildə səsləndirilməsi ermənilərin bənzər və adətkar həyasızlıqlarını daha da üzə çıxarır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə