Erməni diasporundan Paşinyana etiraz TƏHLİL

Erməni diasporundan Paşinyana etiraz TƏHLİL

İrəvanda hökumət binası qarşısında baş tutan aksiyalar Ermənistanda yaşayan İraq və Suriya ermənilərinin etiraz aksiyasıdır. Bu etirazlar təbii ki, hələ də hakimiyətin, idarəetmənin, diplomatiyanın nə olduğunu dərk etməyən Nikol Paşinyana və onun uğursuz fəaliyyətinə qarşıdır.

Etirazlar Nikol Paşinyana etibarsızlığın göstəricisi, ona olan inamsızlığın təzahürüdür

Aksiya iştirakçılarının etirazları Ermənistanın baş naziri səlahiyətlərini icra edən Nikol Paşinyanın Diaspor Nazirliyinin bağlanması haqqında qərarına görədir. Bəlli olur ki, Ermənistanın baş naziri səlahiyətlərinin icraçısı tərəfindən qəbul olunan qərar ermənilər arasında rezonans doğurub və bu qərarla razılaşılmır. Nümayişçilər öz tələb və təkliflərinin əks olunduğu məktubu Paşinyana verməyə və onu nazirliyin fəaliyyətinin dayandırılması fikrindən daşındırmağa cəhd edirlər. Bir sözlə, Paşinyanın bu qərarı da uğursuz qərarları sırasına daxil olub və hər bir ermənidən tutmuş bir vaxtlar onu dəstəkləyən hər nümayişçiyə qədər indi onun səriştəizliyinin, bacarıqsızlığının və nəticə etibarı ilə uğuruzluqlarının şahididir.
Amerika və Avropadakı diaspor təşkilatları da Paşinyanın bu qərarı ilə razılaşmır və etiraz edirlər. Hətta, Argentinadakı erməni cəmiyyətinin üzvləri rəsmi bəyanat belə yaymaqdan çəkinməyibər. Yəni, etirazlar artıq rəsmi xarakter daşıyır və bu da sözsüz ki, N.Paşinyana etibarsızlığın göstəricisi, ona olan inamsızlığın təzahürüdür. Güya xalqın tələbi ilə hakimiyyətə gələn bir nümayişçi aydın olur ki, indi heç bir etibarı doğrulda, qazana bilməyib. Əksinə, nümayişlərdə göstərilən etimad, hətta ümidlər belə puç olub və baş nazir səlahiyətlərinin icraçısına, onun qəbul etdiyi qərarlara məhəl qoyan yoxdur. Hər bir erməni diaspor təşkilatından tutmuş, ən adı vətəndaşa qədər hamı öz verdiyi qərara inanır, Paşinyanın qərarlarına yox.

Erməni diasporu hakimiyyəti ələ keçirən küçə nümayişçisindən heç də razı deyil və narazılığı da göz qabağındadır

Xatırlatmaq yerinə düşərdi ki, Ermənistanda keçirilən 9 dekabr seçkilərindən sonra, daha dəqiq desək, seçki saxtakarlıqlarından sonra yenə də hakimiyyət kürsüsünü qeyri qanuni yolla ələ keçirən Paşinyan, hökumətin strukturunda dəyişiklik edilməsinə dair qərar qəbul edib və artıq ağlına korluq vermədən nə istəyirsə onu da reallaşdırmağa çalışır. Əslində, demokratiyanı komuflyaj edərək hakimiyyət çevrilişinə imza atan nümayişçi bu dəfə də hökumətin strukturunda dəyişiklik edilməsinə dair qərardan sui istifadə etməyə köklənib. Hökumətin strukturunda dəyişiklik edilməsi qərarına istinad olunaraq, daha doğrusu bu qərardan istifadə edilərək indi Ermənistanda nazirliklərin sayı 17-dən 12-yə endirilir. Bir sözlə, 5 nazirlik ixtisara düşür ki, onların sırasına Diaspor Nazirliyi də daxildir.
Qeyd etdiyimiz kimi, Diaspor Nazirliyi ixtisara düşən 5 nazirlikdən yalnız biridir və maraqlıdır, nə üçün digər nazirliklərə görə deyil, məhz adıçəkilən nazirliyə görə etiraz aksiyaları başlayıb? Əslində bu sual özü bir çox məqamlara aydınlıq gətirmək üçün kifayət edir və bəlli olur ki, erməni diasporu hakimiyyəti ələ keçirən küçə nümayişçisindən heç də razı deyil. Əksinə, vədlər verməklə məhz diasporun gücündən, imkanlarından istifadə edərək hakimiyyəti qamarlayan Paşinyanın indi Diaspor Nazirliyini ixtisara salmaq qərarı böyük narazılığa səbəb olub.

Küçə nümayişçisi nəinki daxili auditoriyanı, hətta, erməni təbliğatı naminə əsrlər boyu bütün dünyanı aldatmağa çalışan erməni diasporunu da aldadıb

Göründüyü kimi, ixtisara düşən 5 nazirlikdən yalnız birinin, Diaspor Nazirliyinin ixtisarına görə Ermənistanda ixtisarla bağlı etiraz aksiyaları müşahidə edildi. Erməni diasporunun Paşinyanın hakimiyyət kürsüsünu ələ keçirməsi üçün səylərini və dəstəyini nəzərə alsaq, bu etiraz aksiyaları hardasa başadüşüləndir. Çünki, idarəetmə qabiliyyəti, səriştəsi, təcrübəsi, hətta bacarığı belə olmayan küçə nümayişçisinin baş nazir postuna təyin edilməsini reallaşdıran diasporun hadisələrin sonunda ixtisar qərarı ilə barışmayacağını kimsə təkzib edə bilməzdi. Erməni cəmiyyəti onsuz da bu vaxta qədər diaspor sayəsində mövcudluğunu qoruyub və erməni xislətinə uyğun təbliğat maşını da məhz diasporun sayəsində işləyib.
Məsələ burasındadır ki, küçə nümayişçisi nəinki idarəedilməz kütləni, daxili auditoriyanı, hətta, erməni təbliğatı naminə əsrlər boyu bütün dünyanı aldatmağa çalışan erməni diasporunu da aldada bilib. Ən maraqlısı isə odur ki, əsassız vədlərlə bütün dünyada mövcud olan erməni diasporunu da tovlamağı bacarıb. Qeyd etdiyimiz kimi, erməni diasporu tərəfindən yayılan rəsmi bəyanatda xüsusilə vurğulanır ki, Paşinyanın qərarları nazirliyin qəfil ləğvinə yox, onun işinin gücləndirilməsinə xidmət etməlidir. Bəyanatda xüsusilə qeyd olunub ki, “məxməri inqilab”dan sonra Ermənistanın yeni rəhbərliyinin sıx əməkdaşlıqla bağlı səsləndirdiyi bəyanatların səmimiliyinə diaspor təşkilatları inanırdılar. Deməli, bəyanatda diaspor təşkilatları sıx əməkdaşlıqla bağlı Paşinyanın səsləndirdiyi bəyanatların səmimiliyinə inandıqlarını bildirməklə əslində baş nazir səlahiyyətləri icraçısının onları da aldatdığını özləri də etiraf edirlər.
Diaspor təşkilatları üçün qəribə burasıdır ki, indi reallıqda tamam başqa münasibətlə üzləşiblər. Bir sözlə, Nikol Paşinyanın simasına, yalançılığına şahid olublar və indi də onun bu avantürasına etiraz aksiyaları ilə cavab verirlər. Artıq erməni diaspor təşkilatları belə küçə nümayişçisinin manipulyasiyalarından şokdadır və onun özlərindən də daha böyük hiyləgər, avantürist olduğu qənaətindədirlər.
Sadəcə, erməni xislətinə uyğun olsa belə, diaspor təşkilatları Paşinyanın bu blefi, diasporaya qarşı aldadıcı taktikası, diasporu aldatmaq missiyası ilə barışmaq niyyətində deyillər. Bu isə o deməkdir ki, Paşinyan artıq diasporun belə himayəsindən məhrumdur və bu da Paşinyanın hakimiyyətinin laxlaması üçün yetərlidir. Bir sözlə, Nikol Paşinyanın bütün dəsətəklərdən məhrum olması, onun hiyləgərliyi və hakimiyyət naminə hamını aldatmaq siyasətinin fonunda ona qarşı etiraz dalğasının hələ bundan sonra daha da güclənəcəyi günün reallığıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə