Nüvə sınağı bölgələri, üzən zibil adaları, aktiv vulkanlar və bir-birindən təhlükəli ərazilər turistlərin marağını getdikcə daha çox çəkir. SİA-nın məlumatına görə, "Foreign Policy" jurnalı turist sayı sürətlə artan son dərəcə təhlükəli fəlakət bölgələrinin siyahısını verib.
Pripyat, Ukrayna 26 aprel 1986-cı il Ukraynanın Çernobıl şəhərindəki AES-də güclü nüvə partlayışı baş verib. Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, belə "ölüm bulud"unun yerdə qalan hissəsinin küləklər cənuba "sürükləmişdi". Sonucda Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. Bundan başqa, AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar.
Dünya bu faciədən güc-bəla ilə xəbərdar oldu. Sovetlərin ünsiyyətə maneə törətmə mexanizmi tam olaraq işə keçmişdi. Amma sonunda qorxunc nüvə faciəsini gizləyə bilməmişdi. Elə həmin gecə Çernobılın 10 kilometrlik təhlükəli çevrəsinə girən 49 min əhalili Pripyat boşaldıldı. Gecə yarısından sonra başlayan təcili boşaltma əməliyyatı üçün yüzlərlə avtobus şəhərin mərkəzinə düzüldü. İnsanlar evlərini bir anda boşaltmaq məcburiyyətində qaldı. Boşaltma əməliyyatı elə sürətli reallaşdırıldı ki, heç kim özü ilə bir geyəcək və bəlkə də ailə albomları xaricində heç bir şey götürə bilmədi. Boşaltma əməliyyatı 30 saatda tamamlandı.
Qorxunc şəhər olan Pripyat 900 il daha belə qalacaq. Elm adamları Çernobildən sızan ən zərərli radioaktiv şüaların yox olması üçün ən azı 900 il keçməsi lazım olduğunu söyləyir. Bütün radioaktiv şuaların tamamilə yox olması üçün, 48 min ildən bəhs edilir. Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır. Ukrayna hökuməti nüvə stansiyasını turistlərin üzünə açmağı planlaşdırır. Bu məqsədlə, 2011-ci ildə əraziyə giriş qadağaları yüngülləşdiriləcək. Kiyevin təxminən 90 kilometr uzaqlığında yerləşən nüvə stansiyasına səyahət təşkil edən ən xüsusi şirkətlər mövcuddur. Ukrayna hökuməti tarixin ən böyük nüvə fəlakətindən qazanc əldə etmək istəyir.
Merapi vulkanı, İndoneziya
Ümumi Daxili Məhsulun 5 faizini turizmdən əldə edən İndoneziya bənzərsiz mərcan qayalıqları, zəngin mədəniyyəti və gözəl təbiətinə yeni birisini də əlavə edib: Təxminən 350 adamı öldürən, 400 min adamı evsiz qoyan və 2010-cu ildə turist sayının 70 faiz azalmasına səbəb olan Merapi vulkanı. Vulkanın fəaliyyətə keçməsindən təxminən iki ay sonra yerli turizm agentlikləri turist sayını artıracağını gözlədiyi qərar qəbul edib: Vulkana ən yaxın kəndə səyahət təşkil edərək yaşanan faciənin miqyasını turistlərə təqdim etmək. Bu gün İndoneziya Turizm və Mədəniyyət Nazirliyi vulkan ətrafında turizm fəaliyyətini artırmaq üçün planlar qurur.
Şotlandiya
Şotlandiyanın şimalında yerləşən və insan həyatı üçün yararlı olmayan Şarbon adasından ingilis hökuməti İkinci Dünya Müharibəsində bioloji silahlarının sınaqları üçün istifadə edilib. Ada 20 il əvvəl səyahət üçün etibarlı elan edilib. Yerli mətbuat, Şotlandiyalı terrorçuların Usamə bin Ladenə adadan əldə etdikləri zəhərləri göndərdiyini iddia edib.
Siçuan, Çin
12 may 2008-ci il tarixində yaşanan zəlzələ Siçuan əyalətində 90 min adamın ölümünə səbəb olub. Bölgə ədviyyatlı yeməkləri, ənənəvi operası və gözəl mənzərələri ilə turistlərin getdikcə daha çox marağını çəkdiyi bir yerdir. Yerli səlahiyyətlilər zəlzələ bölgəsini əyalətin turist bölgələri siyahısına əlavə edib. Məqsədləri zəlzələdən geridə qalan xarabaları turistik əraziyə çevirməkdir.
Sakit okeanı
Havay adalarının şimal-şərqində yerləşən "zibil adası". Ada ABŞ-ın ən böyük ştatı Texasdan iki dəfə böyükdür. Üzən adada plastik və futbol topları, papaqlar və ağla gələ biləcək hər çür zibil var. 1997-ci ildə kəşf edilən "zibil adası"nı bir Hollandiya şirkəti təmiz adaya çevirmək istəyir. Eyni zamanda araşdırma aparmaq üçün əraziyə səfər edən alim və turistlərin sayı artır.
Marşall adaları, ABŞ
1940-50-ci illərdə Marşall adalarında 67 dəfə nüvə sınağı həyata keçirib. Buna baxmayaraq, Marşall adaları gözəlliyini qorumağı bacarıb. Adanın ətrafında hər biri nüvə partlayışının qurbanı olan 19 gəmi qalığı var. Səlahiyyətlilər, ada və mərcanlarda yetişən qidaların yeyilməməsi təqdirində radiasiya səviyyəsinin təhlükəli ölçüdə olmadığını ifadə edir.
Hindistan
1984-cü ilin dekabrında Hindistanda kimya zavodunda baş verən partlayış nəticəsində 2 min adam ölüb, minlərlə insan zəhərləmədən şikəst olub. Fəlakətin günahkarları olan şirkət səlahiyyətliləri barəsində ancaq bu ilin iyun ayında məhkəmə hökmü verilib. Bölgədə hələ də 425 ton zəhərli tullantı var. Bütün bunlara baxmayaraq, Hindistanlı səlahiyyətlilər fabriki təkrar açmağa qərar verib. Məqsədləri fabrikin artıq zəhərli olmadığını göstərməkdir. Açılmasından aylar əvvəl fabrikə gələn Ətraf Mühit və Meşə Naziri yerdən bir ovuc zəhərli tullantı götürərək "baxın ovcumda tuturam və hələ həyatdayam" deyib. Bəziləri isə belə hesab edirlər ki, zavod turizm üçün yararlı ola bilər.
Pensilvaniya, ABŞ
1962-ci ildə başlayan və bu gün də davam etməkdə olan yeraltı yanğının necə başladığını kimsə dəqiq bilmir. Ən məşhur nəzəriyyəyə görə, Centraliya qəsəbənin zibilliyində başlayan yanğın hansısa şəkildə yeraltındakı kömür yatağına çatıb. 48 il əvvəl başlayan yanğınnın qarşısı alınmadğına görə, qəsəbənin əhalisi sürətlə azalıb. Hal-hazırda qəsəbədə yaşayan insanların sayı 10 belə deyil. Qəsəbənin məktub kodu belə ləğv edilib. Ərazi yalnız turistlərin marağını çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB