“Paşinyanın düşünülməmiş yanaşmalarının ağır nəticələri olacaq” VARDAN BOSTANCYAN

“Paşinyanın düşünülməmiş yanaşmalarının ağır nəticələri olacaq” VARDAN BOSTANCYAN

“Nazirliklərin ixtisar olunmasında heç bir məntiq yoxdur və bu tələsik verilən bir qərardır”. SİA xəbər verir ki, bu barədə “Novosti Armenii” (NEWS.am) saytına Ermənistan parlamentinin keçmiş deputatı, iqtisadçı Vardan Bostancyan Nikol Paşinyan hakimiyyətinin 5 nazirliyin ləğvi və onların digər nazirliklərə birləşdirilməsi ilə bağlı qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın yeni iqtidarının düşünülməmiş yanaşmaları öz altında nəhəng risklər daşıyır və bu, çox ağır nəticələrə səbəb olacaq. “İnsanlar küçələrdə qalacaqlar və bundan başqa, bizdə yoxsulluq dərəcəsi təkcə rəsmi mənbələrə görə, 32-34%-ə çatır. Bu, hələ həqiqəti əks etdirmir. Həqiqətdə bu hədd kifayət qədər yüksəkdir və haradasa, 70%-dən də çoxdur. O cümlədən, Yeni il ərəfəsində öz işlərini vicdanla yerinə yetirən bu işçiləri faktiki olaraq, küçəyə atacaqlar. Bu, yeni problemlərin yaranmasına səbəb olacaq. İnsanlarla necə bu cür rəftar etmək olar?”, deyə erməni iqtisadçısı sual edib.

Bostancyan qeyd edib ki, seçilmiş bu yol hakimiyyətin öz problemlərini həll etməsi üçün ən sadə çıxış yoludur. İqtisadçı, hökumətin bu vasitə ilə dövlət vəsaitlərinə qənaət edəcəyinə, gərəksiz xərclərin qarşısını alacağına şübhə etdiyini deyib. “Onlar guya ki, büdcə vəsaitlərinə daha rasional şəkildə qənaət etmək istəyirlər, lakin məlum olur ki, bizim kiçik ölkəmizdə bəziləri özlərinə bahalı avtomobillər alır, personal xidmətçilər işlədir, cah-cəlallı kabinetlər düzəldirlər və s. Məntiqə, heç nə dəyişməyib. Ezamiyyətlər daha cah-cəlallı olub. Yəni kimlərsə qənaət barədə bəyanatlar verirsə, burada heç bir qənaət yoxdur. Bəziləri özlərinə xarici turlar təşkil edirlər və anlaşılan deyil ki, bu turlar bizim ölkə üçün nə qədər vacibdir”, erməni iqtisadçısı əlavə edib.

Onun sözlərinə görə, nazirliklərin ləğvi və kütləvi ixtisarlar xaricdə də ciddi etirazlara səbəb olacaq, xüsusilə erməni disaporunda, hansı ki, bu istiqamətdə fəaliyyət göstərən nazirliyin ləğvindən sonra, xarici ölkələrdə yaşayan 8 milyon erməni öz nümayəndəliklərindən məhrum olacaqlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə